Əfqanıstan hərbi hava qüvvələrinə məxsus vertolyot Farax əyalətinin qərbində qəzaya uğrayıb.
Mediainfo.az-ın riafan.ru-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində 20 nəfər ölüb. Ölənlər arasında hərbçilər, əyalət şurasının üzvləri də var. Hadisə oktyabrın 31-də Anar-Dara rayonunda baş verib. Hələlik qəzanın baş vermə səbəbləri məlum deyil. Qəzanın səbəblərini müəyyən etmək üçün hadisə yerində araşdırmalar aparılır.