Federal Təhlükəsizlik Xidməti (FTX) Tatarstanda terror hazırlayan İslam dövləti üzvlərini həbs ediblər.
Bu barədə FTX İctimaiyyətlə əlaqələr xidmətinin yaydığı məlumatda deyilir: “Naberjnı Çelnı şəhərində xüsisi yerdən silah götrürərkən terrorçu qrupun üzvlərindən biri həbs edilib. Eyni zamanda FTX tərəfindən həyata keçirilən digər əməliyyat zamanı terorçu qrupun daha 6 üzvü və onların təsiri altına düşən 11 nəfər həbs edilib. Həbs edilənlərin evlərində axtarışlar zamanı çoxlu sayda silah-sursat, o cümlədən ekstremist ədəbiyyat və İslam dövləti atributları ələ keçirilib”.
Məlumatda qeyd edilir ki, terrroçu qrupun üzvləri Tatarıstanda bəzi teraktlar həyata keçirmək və bundan sonra Suriyadakı həmkarlarına qoşulmağı planlaşdırmışdılar.