Parlament seçkilərindən sonra Ermənistanın xarici siyasətində, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) münasibətdə hər hansı bir dəyişiklik baş verməyəcək.
Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə KTMT Parlament Assambleyasının iclasındakı çıxışında Ermənistan parlamentinin spikeri Ara Babloyan deyib. O daxili vəziyyət nəticəsində yeni seçkilər ərəfəsində parlamentin buraxıla biləcəyini, ancaq yeni parlamentin də beynəlxalq öhdəliklərinə əməl edəcəyini bildirib: ” Mən ümid edirəm ki, yaxın gələcəkdə KTMT PA-öz iclasını Yerevanda keçirə biləcək”.