Böyük Britaniya hərbi xərcləri artırır

0
570

Böyük Britaniya yaxın iki ildə hərbi xərcləri 1,3 milyard dollar artıracaq.Bu barədə Faynenşl Tayms-da (Financial Times) gedən yazıda bildirilir. Qəzetin yazdığına görə, hərbi xərclərin artırılmasına səbəb Rusiyadan gələn təhlükənin ildən-ilə artmasıdır. Əlavə hərbi xərclərin bir hissəsi, təxminın256 milyon dolları  bu maliyyə ilinin sonuna kimi Müdafiə nazirliyinin hesabına köçürüləcək. Digər hissəsi, 1 milyard dolları isə Müdafiə nazirliyi növbəti maliyyə ilində ala biləcək. Müdafiə nazirliyi 1.3 milyard dolların müəyyən hissəsini ABŞ-dan 48 ədəd beşinci nəsil F-35 təyyarəsinin alınmasına ilkin avans kimi ödəmək niyyətindədir.

 

 

 

 

BIR CAVAB BURAXIN