Rusiyanın NTV telekanalının əməkdaşı Nikita Razvojayev faciəli şəkildə öz həyatına son qoyub.
Mediainfo.az-ın govoritmoskva.ru-ya istinadən verdiyi xəbərə görə, jurnalist yaşadığı evin 11-ci mərtəbəsindən özünü yerə ataraq həyatına son qoyub. Onun özünü öldürməsinin motivləri məlum deyil. Ölümündən əvvəl sosial şəbəkədə jurnalist həmkarları və yaxınları ilə vidalaşıb. Jurnalistlik fəaliyyətinə Saratovda başlayan Razvojayev ötən il Qorki adına parkda hərbi hava qüvvələri günü münasibəti ilə keçirilən tədbirdən canlı yayım apararkən keşmiş desantçılardan biri heç bir səbəb olmadan ona zərbələr endirmişdi.