Krasnodar vilyətinə yağan güclü leysan yağışları su daşqınlarına səbəb olub. Nəticədə Adler, Coşi, Xost və digər yaşayış məntəqələrini su basıb.
Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, avtomobil və dəmir yollarında hərəkət iflic olub. Güclü yağışlar və su daşqınları Cubqa-Soçi trassını sıradan çıxarıb. Su basan ərazilərin evlərin və yolların təmiri üçün ən azı bir həftə vaxt lazım gələcək. İlkin məlumatlara görə, iki nəfər təbii fəlakətin qurbanı olub.