Çin ABŞ-ın şantajına dözməyəcək

0
588

Çinin rəsmi nümayəndəsi Xua Çunin bildirib ki, ABŞ-ın Pekinin orta və yaxınmənzilli raketlərlə bağlı anlaşmaya qoşulmasının zəruriliyi barədə şantajına dözmək niyyətində deyil.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Çin həmişə müdafiə xarakterli siyasət həyata keçirir və bu zaman öz milli maraqlarını müdafiə edir: “Çin özünün milli maraqlarının müdafiəsinə xidmət edən siyasət yeritməkdə davam edəcək və bu məsələdə hər hansı ölkənin şantajına dözməyəcək”.

 

 

 

BIR CAVAB BURAXIN