Moskvada ABŞ prezidenti Trampın Milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonla Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında danışıqlar başlayıb.
Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti tərəfindən yayılan məlumatda deyilir. Boltonla Patruşev arasında ikitərəfli əlaqələrin müzakirə ediləcəyi gözlənilir.