Kerçdə öldürülənlərin 11 nəfəri yetkinlik yaşına çatmayanlardır  

0
569

Kerç şəhərində həyata keçirilən terror aktı nəticəsində həlak olan 20 nəfərdən 11-i yetkinlik yaşına çatmayanlardır.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Rusiya Səhiyyə naziri Veronika Skvortsova deyib. Skvortsova həlak olan 20 nəfərdən 5-nin kollecin əməkdaşları olduğunu söyləyib:  “Terakt nəticəsində 20 nəfər öldürülüb. Onlardan  onbeş nəfəri tələbə, beş nəfəri isə kollecin əməkdaşlarıdır”.

Baş verən faciə nəticəsində yaralanan 50 nəfərdən 10-nun vəziyyəti olduqca ağır hesab edilir. Faciə ilə bağlı  Krımda 3 günlük matəm elan edilib.

BIR CAVAB BURAXIN