Belarus müstəqil dövlət kimi Rusiya ilə ittifaq münasibətlərini qoruyub saxlayacaq və inkişaf etdirəcək.
Mediainfo.az-ın BelTA agentliyinə istinadən verdiyi xəbərə görə bu sözləri Rusiyanın Belarusdakı səfiri Mixail Babiçlə görüşündə prezident Aleksandr Lukaşenko deyib. O qeyd edib ki, Belarus Rusiyanın simasında özünü ən yaxın müttəfiqini görür və tərəflərin çətin vaxtlarda biri-birlərinin köməyinə gələcəklərinə şübhə etmir: “Rusiya xalqları zərurət yaranacağı təqdirdə Belarusun köməyinə gələcəklər. Belarus da eyni tərzdə Rusiyanın ən çətin vaxtlarında onun yanında olacaqdır”.
Lukaşenko eyni zamanda bir daha bildirib ki, Belarusun müstəqil və suveren dövlət olduğunu heç kim və heç zaman unutmamalıdır.