Hindistanın şimalında dəmiryolunda qəza baş verib

0
631

Bu gün səhər Hindistanın şimalındakı Uttar-Pradeş ştatında qatar qəzası baş verib.

Mediainfo.az-ın Nevvs.ru-ya istinadən verdiyi məlumata görə, Qərbi Benqaliyanın Malda şəhərciyindən Nyu Dehliyə gedən sərnişin qatarı  Uttar-Pradeş ştatının Ray-Bareli şəhəri yaxınlığında gözlənilmədən relsdən çıxaraq aşıb. Nəticədə 10-dan artıq adam hadisə yerindəcə dünyasını dəyişib. 50-dən artıq yaralı isə təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. Onların əksəriyyətinin vəziyyəti ağırdır. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil

 

 

BIR CAVAB BURAXIN