Rusiya-ATƏT PA münasibətləri siyasi xarakter daşıyır

0
574

ATƏT-in fəaliyyətdə olan sədri Lilian Mori Paskye assambleyanın payız sessiyasının açılışında bildirib ki, Rusiya ilə münasibətlər siyasi xarakter daşıyır.

Mediainfo.az-ın Ria Novosti-yə istinadən verdiyi xəbərə görə, Paskye Rusiya ilə konstruktiv dialoqa ümid etdiyini bildirib: “Rusiya parlamenti ilə münasibətlərimiz daha çox siyası məsələdir. Bizim Rusiya ilə konstruktiv, açıq, ədalətli dialoq aparmağımıza ehtiyacımız var”.

Xatırladaq ki, Krımın Rusiya tərəfindən işğal edilməsindən sonra-2014-cü ildə ATƏT PA-da adıçəkilən ölkənin parlament nümayəndələri səsvermə hüququndan məhrum ediliblər. Ona görə də Rusiya 2016-cı ildən ATƏT PA-da fəaliyyətini dayandırıb və qurumu tərk edəcəyi barədə rəsmi şəkildə xəbərdarlıq edib.

 

 

 

BIR CAVAB BURAXIN