Ermənistan prezidenti Armen Sarkisyan Nyu-Yorka işgüzar səfəri çərçivəsində məşhur amerikalı diplomat, keşmiş dövlət katibi, prezidentlər Riçard Nikson və Cerald Fordun baş məsləhətçisi olan Henri Kissingerlə görüşüb.
Mediainfo.az-ın Verelq Nevvs-ə istinadən verdiyi xəbərə görə, görüşdə ABŞ-Ermənistan əlaqələri,o cümlədən Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib. Armen Sarkisyan Henri Kissingeri ölkəsinə səfərə dəvət edib. Dəvəti qəbul edən Kissinger yaxın vaxtlarda Ermənistana səfər edəcəyini vəd edib.
Xatıraldaq ki, Kissinger 1973-cü ildə Parisdə Vyetnam müharibəsinin dayandırılması barədə anlaşmanı imzalamasına görə, Nobel sülh mükafatına layiq görülüb.