İncildə Xürrəm Sultan haqda nə yazılıb?

0
948

İllik yüz milyon nüsxə ilə bütün dövrlərin ən çox satılan kitabı hesab edilən Bibliya xristianlığın müqəddəs kitablar toplusu olub, özündə Tövrat, Zəbur, İncil kimi bir çox müqəddəs mətni birləşdirir. Bibliya bir çox mənada Şərq və Qərb ədəbiyyatının istinad nöqtəsi sayıla bilər. Çünki Adəm və Həvvanın timsalında Bibliyada doğulan bir çox obraz həddi-buluğa ədəbiyyat daxilində çatıb.

Bibliyaya daxil olan sonuncu kitab “Yəhyaya nazil olan Vəhy”dir (red – bundan sonra “Vəhy”), bu haqda daha sonra danışacağıq. İndi isə Yəhyanı daha yaxından tanıyaq. Yəhya kilsənin qəbul etdiyi dörd İncildən birinin müəllifi, eyni zamanda İsanın on iki həvarisindən biridir. Yəhyanın müəllifi olduğu İncil mövzu və üslub baxımından digər üçündən fərqlənir. Çox vaxt onu Bibliyanın ən fəlsəfi, mistik və simvolik bölümü də adlandırırlar. Kilsə atası İreneyusun yazdığına görə, İncilin müəllifi İsanın həvarilərini tanıyan biridir və imperator Trajonun dövründə İncili Efesdə yazıb. Efes Anadolunun qərb sahillərində, İzmir vilayətinin Səlcuq mahalı daxilində yerləşən qədim Yunan şəhəridir. Maraqlısı odur ki, İsanın on iki həvarisindən biri olan Yəhya İncili qədim İyonyanın on iki şəhərindən birində, yəni Efesdə yazıb.

On iki həvari, on iki şəhər…
Təsadüf, yoxsa mistisizm?

“Vəhy” kitabında yazılana görə, Yəhya Patmos adasında sürgündə olduğu zaman İsanı görüb. Müsəlmanların həcc mərkəzi Məkkə olduğu halda xristianlar üçün bu rolu Patmos adası oynayır. Adada Yəhyanın adını daşıyan monastr və kilsələrə rast gəlmək mümkündür. Həmçinin, Yəhyanın İsanı gördüyü iddia olunan Apokalipsis mağarası da ziyarətçilərin üzünə açıqdır. Qədim yunan dilində “vəhy, ifşa etmək” mənasına gələn “apokalipsis” sözü sonralar “dünyanın sonu” mənasında istifadə olunmağa başlanıb. Çünki simvolik təsvir vasitələri ilə qələmə alınan “Vəhy” kitabının insanlığın gələcəyi, dünyanın sonu haqqında məlumat verdiyi təxmin olunur. Bunların içərisində Dəccalın hakimiyyəti və “xilaskar”ın gəlişi xüsusilə diqqət çəkir.

İncilin ayrı-ayrı hissələrində digər həvarilər ilə müqayisədə İsanın daha çox sevdiyi şagirdi haqqında danışılır. Yalnız kitabın sonunda bu həvarinin İncilin müəllifi olduğu deyilir. Göründüyü kimi, sevilən həvari, yəni Yəhya “on iki həvari”nin uzağında – İsanın daha yaxınında yerləşir… Təsadüfi deyil ki, Egey dənizində kiçik bir ada olan Patmos adası da “On iki ada” deyilən adalar qrupunun ən şimalında olanına verilən addır.

On iki həvari və “On iki ada” – Mistisizm, yoxsa işarə?

“Başlanğıcda söz var idi, söz Tanrı ilə birlikdə idi…” – Yuhanna İncilə bu cümlə ilə başlayır. Qədim Yunan mütəfəkkirlərinin sözlərinə görə, başlanğıcda olan söz, yəni “logos pathos” sözünün qarşılığında yaranıb. “Logos” zehni təfəkkürü ifadə etdiyi halda “pathos” emosional zəkaya uyğun gəlir. Aristotelə görə, “pathos” başqasının nə demək istədiyini başa düşmək, bunun üçün özünü onun yerinə qoymaq mənasında istifadə olunur. Təsadüfi deyil ki, “empatiya” sözü “pathos” sözündən yaranıb.

Patmos və pathos… Birincisi, Yəhyanın İsanı gördüyü deyilən ada, digəri isə İsa haqqında istifadə olunan “logos”un qarşılığında yarandığı söz. Hər iki söz fərqli mənalarda istifadə olunsa da, onları bağlayan həm zahiri, həm də mənəvi bir bağ var. Bəs bir hərfin iştirakı ilə məna fərqi yaranan pat(h)os və pat(m)os sözləri bizə nəyi deyir?

Yəhya ona nazil olan “Vəhy” kitabını simvolik təsvir vasitələri ilə yazıb. Məsələn, yeddi başlı, on buynuzlu canavar. Görəsən, nə vaxtsa həqiqətənmi belə bir varlıq peyda olacaq? Yoxsa kitabın daha dəqiq izahını vermək üçün onun alt qatına enmək lazımdır?

Bəli, Patmos adasında nazil olan kitabı yalnız pathos vasitəsilə, yəni Yəhya ilə empatiya quraraq izah etmək mümkündür. Kitabı bxüraşa düşmək üçün özünüzü müəllifin yerinə qoyun və onun nə demək istədiyini anlamağa çalışın. Bir az sonra bu vasitə ilə kitabdan bir bölümün izahını verməyə çalışacam:

“Yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışdı və dedi: “Gəl, çoxlu suların üzərində oturmuş bədnam fahişə barədə çıxacaq hökmü sənə göstərim. Yer üzünün padşahları onunla əxlaqsızlıq etdilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq şərabından sərxoş oldular” – Haqqında danışılan fahişənin çoxlu suların üzərində oturduğu, yəni burada yaşadığı deyilir. Bildiyimiz kimi, İstanbul, köhnə adı ilə Konstantinopol Mərmərə və Qara dənizlərinin sahilində yerləşir. Hər iki dəniz böyük su hövzələri hesab oluna bilər.

“O, məni Ruhda çölə apardı. Orada gördüm ki, bir qadın yeddi başlı, on buynuzlu və üstündə başdan-başa küfr adları yazılan al rəngli paltar geyinmiş, qızıl, qiymətli daş və mirvari ilə bəzənmişdi”.

Bir çoxunuzun məşhur türk serialından tanıdığı Xürrəm Sultan tarixi əsərlərin əksəriyyətində dəyərli daşlar ilə bəzədilmiş qırmızı geyimdə təsvir olunur.

Bəli, indi nə düşündüyünüzü yaxşı başa düşürəm, amma irəliləyən dəqiqələrdə əksini sübut etməyə çalışacam.

“Mən gördüm ki, qadın müqəddəslərin və İsaya şəhadət edənlərin qanı ilə sərxoş olub”, – Xürrəm Sultanın Osmanlı sarayına qədərki həyatı haqqında müxtəlif fikirlər mövcuddur. Onun 1504-cü ildə Rutenya (indiki Ukrayna) ərazisində pravoslav bir ailədə dünyaya gəldiyi təxmin olunur. Atası keşiş olan Xürrəm tatar quldur dəstələrinin kəndlərinə hücumu zamanı əsir alınmış, əvvəl Kırım sarayına, daha sonra isə Qanuni Sultan Süleymana hədiyyə kimi göndərilib. Bəli, pravoslav bir ailədə xristian dini inancı ilə böyüdülən Xürrəm kitabda da deyildiyi İsaya və müqəddəslərə şəhadət gətirib. Bundan əlavə, onun fahişə olduğu və Osmanlı şahı ilə əxlaqsızlıq etdiyi deyilir. Çünki saraya gəldiyi zaman sultanın hərəminə daxil edilib, cahan sultanının cariyəsi kimi burada yaşayıb.

“Bunu görüb, hədsiz heyrətləndim. Onda mələk mənə dedi: Nə üçün heyrətə düşdün? Mən sənə qadının və onu daşıyan yeddi başlı, on buynuzlu vəhşi heyvanın sirrini açacağam. Gördüyün vəhşi heyvan var olmuş, indi yox olan və dibsiz dərinliklərdən çıxmaq üzrə olaraq həlaka gedir. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabına yazılmamış adamlar vəhşi heyvanı görəndə heyrətə düşəcək, çünki o var olmuş, yox olan, amma yenə gəlməli olandır. Bu işdə müdrik ağıl lazımdır. Yeddi baş qadının oturduğu yeddi təpədir. Bunlar həm də yeddi padşahdır. Onlardan beşi ölüb, biri qalıb, digəri isə hələ gəlməyib və gələndə də qısa müddət qalmalıdır. …Gördüyün on buynuz hələ padşahlıq etməyən on padşahdır…”, – mətnin bu hissəsində yeddi başlı, on buynuzlu canavarın sirri açılır. Yeddi baş qadının oturduğu yeddi təpədir. Bildiyimiz kimi, İstanbul yeddi təpə üzərində salınmış bir neçə şəhərdən biridir. Canavarın on buynuzu on padşaha işarədir. Xürrəm Sultan Osmanlı imperiyasının onuncu şahının arvadıdır. Yeddi baş, yeddi təpə olmaqla yanaşı, həm də yeddi padşahı göstərir. Bu yeddi padşah kimdir? Sultan Süleymanın dörd həyat yoldaşından yeddi oğlu dünyaya gəlib. Onlardan bəziləri hakimiyyət uğrunda gedən mübarizə zamanı qətlə yetirilib. Onların sayı haqqında müxtəlif fikirlər olsa da, Sultanın üç oğlunu öldürdüyü, birinin isə infarkt keçirdiyi məlumdur. Sultan Süleymandan sonra hakimiyyətə gələn II Səlim isə səkkiz il hakimiyyətdə qalıb.

Xürrəm Sultan haqqında danışdığımız kəhanətlər içərisində ən maraqlısı və heyrət doğuranı onun ölümü haqqında yazılanlardır:

“Xilas, izzət və qüdrət Allahımıza məxsusdur! Çünki onun hökmləri həqiqi və ədalətlidir. O, əxlaqsızlığı ilə yer üzünü azdıran Böyük fahişəni mühakimə etdi, Öz qullarının qanının qisasını ondan aldı. Onlar dedi: Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir!”

Qəribədir ki, Xürrəm Sultanın bədən temperaturunun yüksəlməsi səbəbilə öldüyü iddia olunur.

Necə deyərlər, “Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir…” Axar.az

BIR CAVAB BURAXIN