ABŞ Xüsusi xidmət orqanları Trampa göndərilən şübhəli məktubu ələ keçiriblər

0
507

ABŞ-ın yüksək səviyyəli dövlət rəsmilərinin mühafizəsi ilə məşğul olan gizli xidmət idarəsi əməkdaşları prezident Donald Trampa göndərilən şübhəli məktubun ələ keçirildiyi barədə yayılan məlumatları təsdiqləyiblər.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə TASS agentliyinə gizli xidmət idarəsinin mətbuat şöbəsindən bildiriblər: ” Gizli Xidmət idarəsi əməkdaşları oktyabr ayının 1-də prezident Donald Trampa ünvanlanan şübhəli məktubu ələ keçiriblər və bununla əlaqədar mətbuatda yayılanlar doğrudur. Şübhəli məktub Ağ Evin poçtuna daxil olmazdan əvvəl yoxlanılıb və hazırda məsələ ilə bağlı araşdırma aparılır”.

Ötən gün isə CNN telekanalı daha iki oxşar hadisə barədə məlumat yayıb. Məlumatda deyilir ki,  oktyabrın 1-də Müdafiə Naziri Ceyms Mettisin və Hərbi Dəniz Qüvvələri Komandanı  admiral Con Riçardsonun adına iki məktub Pentaqona daxil olub. Məktubların ilkin yoxlanılması zamanı onlarda ritsin zəhəri tozları aşkar edilib. Hazırda bu məktubların kimlər tərəfindən göndərilməsi ABŞ Federal Təhqiqat Bürosu tərəfindən araşdırılır.

Əziz Mustafa

 

 

BIR CAVAB BURAXIN