Çavuşoğlu, Lavrov və Zarif İdlibdəki vəziyyəti müzakirə ediblər

0
600

Nyu-York şəhərində Türkiyə, Rusiya vər İran xarici işlər nazirləri Cavuşoğlu, Lavrov və Zarif arasında görüş keçirilib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 3 ölkənin XİN rəhbərləri İdlibdəki son durumu müzakirə edərək qarşıdakı günlərdə bölgədə həyata keçirəcəkləri tədbirlər barədə fikir mübadiləsi ediblər. Bununla əlaqədar Rusiya xarici İşlər nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir:

” Rusiya, Türkiyə və İran Xarici işlər nazirləri Nyu-Yorkda bir araya gələrək İdlibdəki son vəziyyət barədə fikir mübadiləsinə baş vuraraq bölgədə həyata keçirəcəkləri birgə tədbirləri müzakirə ediblər. Tərəflər İdliblə bağlı 3 ölkə prezidenti arasında əldə edilən son razılığı yüksək qiymətləndirərək bunun terrorçularla mübarizə çərçivəsində dinc əhalinin təhlükəsizliyinə xidmət etdiyini vurğulayıblar”.

 

 

 

BIR CAVAB BURAXIN