Oktyabrın 1-dən İsraildə benzin bahalaşacaq

0
755

Gələn ayın əvvəlində İsraildə benzinin qiymətinin 1 şekel və ya 3 faiz bahalaşacağı gözlənilir.

Benzinin qiymətinin növbəti dəfə bahalaşmasına səbəb kimi isə neft bölgələrində baş verən qarşıdurmalar, həmçinin ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar göstərilir.

Qeyd edək ki, bu ilin əvvəllərindən başlayaraq İsraildə benzinin qiyməti demək olar hər ay, 7-dəfə qalxıb. Əgər bir il əvvəl İsraildə Aİ-95 benzininin bir litri 6 şekel idisə, qiymətlərin qalxmasından sonra 6,59 şekel (1,83 dollar) olub. Oktyabr ayının 1-dən isə Aİ-95 benzinin 1 litrinin 6,7 şekel olacağı gözlənilir. Mediainfo.az

 

 

 

BIR CAVAB BURAXIN