Pentaqondan Rusiya və Suriyaya sərt ittiham

0
690

İdlib vilayəti Rusiyanın  və Suriyanın günahı üzündən terorrçuların yuvasına çevrilib. Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə  Konqresin Nümayəndələr palatasında Suriya münaqişəsinə həsr edilən dinləmələrdəki çıxışında ABŞ Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Keram deyib: ” İdlibin terrorçular yuvasına çevrildiyi heç kimə sirr deyil. Buna səbəb Rusiya və Suriyanın bölgədə nəzarəti ələ almaq üçün həyata keçirdikləri çirkin siyasətdir”.

Onun sözlərinə görə, Rusiya və Suriya İdlibdəki yerli əhali ilə əlaqəyə girərək bölgədə hökumət orqanları ilə barışmaqan və silahı yerə qoymaqdan imtina edən terrorçular üçün deeskalasıya zonası qurublar. Rusiya və Rusiya terrorçuların orada ailələri ilə birgə yaşamasına və sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar. ABŞ rəsmisinin sözlərinə görə Rusia və Suriyanın məqsədi bu yolla tüerrorçuları şirnikləndirmək və bundan bəhanə kimi istifadə edərək İdlibə hücumlarına haqq qazandırmaqdır.

BIR CAVAB BURAXIN