Arda Turan sevgilisindən ayrıldı

0
644

Məşhur türkiyəli futbolçu Arda Turan və sevgilisi Aslıhan Doğan münasibətlərinə son qoyublar.

Qafqazinfo”nun Hürriyet-ə istinadən məlumatına görə, Ardanın 1,5 illik sevgilisindən ayrılmağının əsas səbəbi evlənmək istəməməyidir. Məlumata görə, idmançı bir neçə gün öncə futbol karyerasına zərər gətirməmək bəhanəsiylə Aslıhandan onunla birgə fotolarını sosial şəbəkələrdə paylaşmamağı xahiş edib.

Ardanın istəyini həyata keçirərək instagram hesabını bağlayan Doğan evlənmək istəyini dilə gətirib, amma Arda yaxın zamanda bu haqda düşünmədiyini bildirib.

Cütlük 7 illik dostluq əlaqələrini bu ilin mayından sevgili kimi davam etdirirdilər.

 

BIR CAVAB BURAXIN