Bakıdan Bakıya qaçqın düşüb?

0
547
“Səbayel Rayon İcra  hakimiyyəti rəhbərliyindən Abit müəllim bizə dedi ki, gedin hara şikayət edirsiniz-edin…”
 
Bakının Səbayel rayonunda 14 ildir kirayə yaşadıqlarını iddia edən bir ailə bu gün axşam saatlarında ev əşyalarını Yasamal rayonu Seyfəddin Dağlı küçəsində “Space” kanalı ilə üzbəüz beşmərtəbəli binanın yanına tökərək açıq havada özlərinə müvəqqəti daldalanacaq qurublar. 54 yaşlı Hüseynova Kifayət Hökm qızı,  32 yaşlı Hüseynova Aygün Hümbət qızı və onun 6 yaşlı  oğlu Ərani İbadov.
“Qaçqın”ların Moderator.az əməkdaşına verdikləri məlumatdan bəlli olur ki, sözügedən ailənin əvvəlcə Səbayel rayonu Buxta küçəsində mənzilləri olub.  2004-cü ildə borcları ilə bağlı həmin mənzili satdıqdan sonra yaxın ərazidə kirayədə qalmağa məcbur olublar. Lakin bu günlərdə artıq kirayə pulunu ödəyə bilmədiklərinə görə ev sahibi onları çıxarıb. Sentyabrın 20-də  ailə Səbayel Rayon İcra Hakimiyyətinə qarşısına yığışıb. Lakin icra hakimiyyəti rəhbərliyindən Abit Əliyev bildirib ki, bizim sizi yerləşdirmək imkanımız yoxdur, gedin kimə şikayət edirsiniz edin. Ailəyə Xətayi rayonuna getməyi məsləhət görüblər. Polis onları yük maşınına yığaraq “NZS” ərazisinə aparıb.  Iki gecə orada qaldıqdan sonra Xətayi rayon İcra hakimiyyətindən də ailəni mənzillə təmin etmək imkanının olmadığı bildirilib. Sentyabrın 22-də Xətayi rayon polisləri ailəni yenidən Səbayel İcra hakimiyyəti qarşısına gətirib. Lakin rayon rəhbərliyi onları yerləşdirməkdən qəti şəkildə imtina edib.  Ananın xahişi ilə Xətayi rayon polisləri ailəni “Space” kanalının yanına gətiriblər. Hələlik  ərazi üzrə sahə müvəkkilindən savayı Yasamal rayonundan heç kəs faktiki olaraq küçələrdə qalmış ailə ilə maraqlanmayıb. Ətraf binalardakı sakinlər didərginləri qida, meyvə və su ilə təmin edib.
Daxili orqanlrında ağır xəstəliklər olduğunu bildirən 54 yaşlı Hüseynova Kifayət  onlara yardım etmələri üçün dövlət rəhbrliyi ilə yanaşı, xeyriyyəçilərə və  şou əhlinə: Manaf Ağayaevə, Mətanət Əsədovaya, Nüşabə Ələsgərliyə, Könül Kərimovaya və s. də  müraciət edib.
Güman edirik ki, əlaqədar qurumlar  sözügedən ailənin taleyi ilə maraqlanacaqlar. Məsələni nəzarətdə saxlayacağıq.
Sultan  Laçın

BIR CAVAB BURAXIN