Beyləqanda itkin düşmüş kişi arvadının sifarişi ilə qətlə yetirilib

0
658

Beyləqan rayonunda itkin düşmüş kişinin qeyri-rəsmi arvadının sifarişi ilə qətlə yetirildiyi aşkarlanıb.

“Report” xəbər verir ki, bu ilin iyul ayında itkin düşən 48 yaşlı İldırım Fərhadovun qeyri-rəsmi nikahda olduğu 40 yaşlı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tərəfindən tüfənglə qətlə yetirildiyi və basdırıldığı məlum olub.

Ə.Sadıqova və Ş.Əsədov saxlanılıblar. Meyit eksqumasiya edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

BIR CAVAB BURAXIN