Sentyabrın 3-də Özbəkistanda prezident İslam Kərimovun ölümü ilə bağlı 3 günlük matəm elan ediləcək.
“RİA Novosti” xəbər verir ki, bu barədə ölkə parlamentinin və hökumətinin yerli televiziya ilə yaydığı məlumatda deyilir.
“3 sentyabr 2016-ci ildən respublikada üçgünlük matəm elan edilsin və Özbəkistanın bütün ərazisində matəm tədbirləri keçirilsin” – deyə məlumatda deyilir.
Bununla yanaşı, bir ay müddətində əhalinin, müəssisələrin, təşkilatların, təhsil müəssisələrinin və geniş ictimaiyyətin fikirlərini nəzərə alaraq Özbəkistan Respublikasının birinci prezidenti İslam Kərimovun xatirəsinin əbədiləşdirilməsi üzrə təkliflər veriləcək.