Mərkəzi Bankın mühasibinin evindən 50 min ABŞ dolları oğurlandı

0
606
Nizami rayonunda bank mühasibinin evindən külli miqdarda oğurluq olub.

Qara Qarayev prospekti 119-da Orxan Elxan oğlu Məmmədova məxsus mənzildən 50 min ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb. Oğurluq barədə polisə elə zərərçəkən özü məlumat verib. Hadisə yerinə 24-cü Polis Şöbəsinin əməkdaşları gələrək mənzildən əl-barmaq izləri götürüblər və zərərçəkənin izahatı alınıb.

Qeyd edək ki, Orxan Məmmədov Mərkəzi Bankda mühasib işləyir.

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177.3.2 (külli miqdarda oğurluq etmə) maddəsiylə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.(ölkə.az)

BIR CAVAB BURAXIN