Küləkli-yağışlı hava nə vaxtadək davam edəcək?

0
604

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti avqust ayının 16-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, avqustun 14-dən ölkə ərazisində əsən şimal-qərq küləyi arabir güclənəcək: “Ayın 15-i gündüz küləyin zəifləyəcəyi gözlənilir. Avqustun 16-dək ölkə ərazisində hava şəraitinin bir qədər küləkli keçəcəyi, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır”.

G.Məmmədova qeyd edib ki, növbəti iki gündə havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26-28, bölgələrdə 28-30 dərəcə arası dəyişəcəyi gözlənilir: “Avqust ayının 16-dan havanın temperaturunun bugünlərlə müqayisədə 2-3 dərəcə yüksələcəyi proqnozlaşdır
ılır”.

BIR CAVAB BURAXIN