Adnan Oktar haqqında şok ifadə: “100 min qızın həyatını korlayıb…”

0
627

Türkiyədə ifşa edilən cinayətkar dəstənin başçısı Adnan Oktarla bağlı şok ifadələr davam edir. 

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, A.Oktarın təşkilatı qurandan bu yana 100 min nəfərə yaxın qızı istismar etdiyi üzə çıxıb. İstintaq çərçivəsində ifadə verən bir zərərçəkmiş Oktarın təşkilatın fəaliyyətə başladığı dönəmdən bu günə qədər 100 min qızın həyatına təsir etdiyini bildirib.

Bundan başqa, zərərçəkən Oktara gələn sənədlərin isti suda əridilərək, unitaza atıldığını, bu şəkildə də dəlillərin yox edildiyini deyib. Zərərçəkən U.Ş. təşkilatdan çıxanlara müharibə açıldığını, bu formadan bir neçə dəfə yalançı şahidlik etdiyini deyib.

Şahid U.Ş. aşağıdakıları deyib: “2004-2005-ci illər arasında Adnan Oktar mənə özəl görüşmələrdə “sən qız işlərini görə bilərsən” deyərək, bu mövzuda xüsusi olaraq ixtisaslaşmamı istədi. Məni bu işlərin imamı olan Timur Ayan və Bora Yıldızın nəzarətinə verdilər. Onlar da məni Mustafa Çalıkoğlu və Kərəm Gürtunanın da qaldığı Tarabyadakı böyük villaya göndərdi. Orada Bora Yıldızın gətirdiyi və adını belə bilmədiyim bir çox qızla münasibət yaşadım.

Göstəriş üçün…

Mənə bu işlərdə istifadə etməyim üçün marka geyimlər, o dönəmdə Emin Koça aid olan bahalı saat, lüks maşın verildi. Mən də müstəqil şəkildə bura qız gətirmək üçün fəaliyyətə başladım. Bu müddətdə Timur Ayan mənə daim taktikalar verirdi. Gündüzlər Adnan Oktarın yaşadığı Dragosda alış-veriş işləri və oranın işləri ilə maraqlanırdım. Axşamlar Adnan Oktarın həyata keçirdiyi özəl dərslərə qatılırdıq və qız məsələləri ilə bağlı Adnan Oktar birbaşa Timur Ayan, Bora Yıldız, Mustafa Çalıkoğlu, Kərəm Gürtuna və mənə təlimatlar verirdi”.

İyrənc taktikalar

Şahid davam edib: “Bu taktikalarda Adnan Oktar bizə deyirdi ki, özünüzü varlı göstərin, evlilik vəd edin, intim münasibət qurmayın və “mən bunu evliliyə saxlayıram” deyin ki, sizə daha çox etibar etsinlər. “Hər kəs növbəlilik sistemini qəbul edər, gözünüzdə böyütməyin, qızların hamısı….” deyirdi. Mənim bu işlərə daha çox sahib çıxıb, Allah rizası üçün cəmiyyətə daha çox qız gətirməyim üçün məsləhətlər verirdi”.

100 min qız zərərçəkəndir

Şahidin sözlərinə görə, Adnan Oktar eyni zamanda ona deyirmiş ki, istədiyi qədər puldan istifadə etsin, maşın, ev, başqa nə cür imkan lazımdırsa, yararlansın və ona daha çox qız gətirsin: “Bura gəlmənə ehtiyac yoxdur. Bir qızı dinə qazandırmaq çox böyük savabdır, qız qazandır bizə, özün gəlməsən də olar”.
Mən də bunun üzərinə daima alış-veriş mərkəzlərində Beşiktaş meydanında, Bəbək sahilində, Taksim həndəvətində və zaman-zaman da maşını bir yerə qoyub, metro və metrobuslarda, insanların ən çox olduğu saatlarda dayanacaqlarda gəzir, gözəl qızları dinə qazandırmaq məqsədilə, iş bəhanəsi ilə tanış olur, bu quruma gətirməyə çalışırdım. Təxmin edirəm ki, cinayətkar dəstə bu günə qədər 100 min qızın həyatını korlayıb”.

“İsti suda əridib, unitaza atırdıq”

Bundan başqa, Adnan Oktarın Çəngəlköydəki villasındakı gündəlik işləri də gördüyünü deyən U.Ş. gələn bütün sənədlərin Oktar tərəfindən oxunduğunu və ardınca necə yox edildiyini də deyib: “Adnan Oktara yaxın xidmət etdiyim və eyni evdə qaldığım üçün onun ünvanına gələn bütün sənədləri Adnan Oktar oxuduqdan sonra isti suda əridərək atırdıq. Vaxtilə yandırırdıq, amma duman, tüstü çıxdığı üçün diqqət çəkməməsi məqsədilə 2014-cü ildə bu üsula baş vurduq”.

Yalançı şahidlik

Zərərçəkən U.Ş. təşkilatdan çıxan üzvləri etibarsızlaşdırmaq üçün bir müddət tez-tez yalançı şahidlik etməsindən bu formada danışıb: “Adnan Oktarın təlimatı ilə Kərəm Gürtunaya müharibə açmışdıq. Daim şikayət edir, məhkəməyə yalançı şahidlər göndərərək həbs olunmasına çalışırdıq. Hətta bu tip məhkəmə işlərindən birində mən də təşkilatın hüquq imamlarından biri olan Halil Müftüoğlunun təlimatı ilə yalançı şahid olmuşdum. Ssenari belə idi: mən, Emre Ertüzün, Mert Sucu Bağdas caddəsində gəzərkən Kərəmlə qarşılaşırıq. Kərəm də o arada Emrəyə və bizə belindəki silahı göstərib, təhdid edirdi. Halbuki bu, tamamən Adnan Oktarın təlimatı ilə təşkilatdan çıxanlara nələr edildiyini göstərmək üçün incə bir mesaj idi. Belə bir hadisə heç yaşanmadı, amma yaşanmış kimi danışıldı. Məsələn, bu tip bir çox hadisəyə şahid olmuş və şəxsən yalançı şahidliklər etmişdim.

Bir dəfə də – konkret hansı il olduğunu xatırlamıram – təşkilatdan qızlarını xilas etməyə çalışan bir ailənin də guya bizi təhdid etməsi ilə bağlı tələlər qurulmuşdu. Hüquq imamlarının təlimatı ilə o ailənin yaşadığı yerə yaxın, o zamanların taksofonları ilə sanki təşkilat üzvlərindən birini təhdid edirmiş kimi zəng edirdim və telefonda danışmadan bir neçə dəqiqə gözləyir və sonradan telefonu qapadırdım. Daha sonra sanki qızını xilas etmək istəyən ailənin bizə zəng edib, təhdid etməsi kimi şikayətlər edir və bu yalançı zəngləri də həmin ailənin adına yazırdım. Bu tipdə bir neçə hadisəyə şahidlik etmişdim”.

BIR CAVAB BURAXIN