“Ölkə.Az”ın məlumatın görə, məscidə namaz qılmağa gələn, Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Rüfət Əliyevlə adını bilmədiyi mühafizəçi arasında mübahisə yaranıb. Nəticədə mühafizəçi 29 yaşlı gəncə müxtəlif bədən xəsarətləri yetirib. Zərərçəkən yaxınlıqda yerləşən Kliniki Tibbi Mərkəzə müraciət edib və ambulator yardım alıb. Bundan sonra ərazi üzrə 21-ci polis bölməsində izahat verən R.Əliyev bildirib ki, məsciddən namaz qılıb çıxan zaman adını bilmədiyi mühafizəçi onun geyiminə rişxənd eləyib, bu isə möminin xoşuna gəlməyib və mühafizəçini nizam-intizamlı olmağa çağırıb. Əvəzində isə şillə-yumruq zərbələri ilə qarşılaşıb.
Faktla bağlı 21-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb, müvafiq məhkəmə-tibbi ekspertizası təyin edilib.