“Ölkəni siyasi böhrana sürüklədiklərinin fərqində olmayan kütbeyin insanlar var”

0
659
BAXCP sədri: “Çox təəssüf ki, iqtidarda özlərinin çirkin əməllərini həyata keçirmək üçün onu daxildən parçalamaq, onun ən nüfuzlu və sədaqətli kadrlarını gözdən salıb onlara qarşı etimadsızlıq yaratmaq niyyəti güdən kütbeyin insanlar var”
Bəzi sosial şəbəkələrdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin ötən ay ölkədə baş verən təxribatların payızda da təkrar oluna biləcəyi ehtimalları barədə fikirlərinə fərqli don geyindirməyə cəhd göstərilir.
Bununla bağlı BAXCP mətbuat xidmətinin sualını cavablandıran Qüdrət Həsənquliyev qeyd edib ki, sosial şəbəkələrdə bəzi şəxslərin belə təxribat xarakterli mülahizələrlə çıxış etməsi təsadüfi deyil:
“Çünki bu mülahizələri yayanlar da həmin təxribatları planlaşdıran siyasi dairələrlə bir yerdədirlər. Diqqətlə araşdırsanız görərsiniz ki, həmin şəxslər xarici ölkələrdən dəstək almaq üçün özgə qapılarında necə sülənirlər. Həmin adamların deputat olmaq üçün hansı qapıların ağzında boyun burduqlarını, meymun kimi necə min bir oyundan çıxdıqlarını yaxşı bilirik. Əvvəla, mənim partiyanın mətbuat xidmətinə verdiyim açıqlamanı təkcə APA deyil, ölkənin əksər kütləvi informasiya vasitələri yayıb. İndi də bu fikirdə qalıram ki, payızda təxribatçı qüvvələrin yeni cəhdləri ola bilər. Nəzərə almaq lazımdır ki, həmin dövrdə bəzi dini mərasimlər keçiriləcək və əvvəlki dövrlərdə də belə mərasimlər zamanı təxribatlara cəhdlər olub, həmçinin son təxribatlar da məhz din pərdəsi altında törədilib. Bu səbəbdən də hesab edirəm ki, mənim dediklərimə ciddi yanaşılmalıdır. Ona görə də mən moderator.az saytına açıqlamamda da demişdim ki, 1 il ərzində ölkədə kütləvi yürüşlərin keçirilməsinə moratorium qoyulmalıdır. Mənim haqqımda bu tipli şərhləri yazdıranların özləri antikonstitusion yolla prezident olmaq istəyənlərdir. Dəfələrlə rəsmi mövqeyimi açıqlayaraq bildirmişəm ki, antikonstitusion yolla prezident olmaq istəyənlər yalnız İlham Əliyevə qarşı deyil, həm də Azərbaycan dövlətində qarşı xəyanət yolunu tutanlardır. Belə şəxslərin qarşısında dayanan siyasətçilərdən biri də mənəm. Bir siyasi partiya olaraq BAXCP də hər zaman Azərbaycan dövlətinin konstitusion əsaslarının yanında olub və bundan sonra da olacaq. Amma çox təəssüf ki, iqtidarda özlərinin çirkin əməllərini həyata keçirmək üçün onu daxildən parçalamaq, onun ən nüfuzlu və sədaqətli kadrlarını gözdən salıb onlara qarşı etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da ölkəni siyasi böhrana sürüklədiklərinin fərqində olmayan kütbeyin insanlar var. Zamanında belə kütbeyinlərə Prezident İlham Əliyev də müraciət edərək demişdi ki, kim prezident olmaq istəyirsə, o zaman istefa versin, gedib öz partiyasını yaratsın və açıq formada mübarizə aparsın”.Moderator.az

BIR CAVAB BURAXIN