Mars yenidən Dünyaya ən yaxın məsafədən keçəcək

0
551

Yer kürəsi ilə Mars 2003-cü ildən sonra yenidən iyulun 31-də bir-birinə ən yaxın orbit mövqelərindən keçəcəklər.

 1,5 il sonra Mars yenidən Dünyaya ən yaxın məsafədən keçəcək. Hesablamalara görə, Qırmızı Planet iyulun 31-də Dünyaya 57,6 kilometr yaxınlaşacaq. Bu yaxınlaşma dəqiq şəkildə müşahidə edilə biləcək.

Həmin tarixdən əvvəl yəni, 27-30 iyulda Dünyaya yaxınlaşmaqda olan Marsı aydın şəkildə görmək mümkün olacaq. Yer üzündən izləniləcək hadisə yerli vaxtla gecə yarısı başa çatmış olacaq. Bunun üçün Marsın Günəşə ən yaxın olduğu mövqenin Dünyanın Günəşə ən uzaq olduğu mövqe ilə üst-üstə düşməsi lazımdır.

Cənub istiqamətində üfüqdə 35 dərəcəlik aspektdə çıxacaq Qırmızı Planet gecə boyu aydın görünəcək.

Günəş sistemində Dünyadan sonra Günəşə ən yaxın 4-cü planet olan Mars, Günəşdən 230 milyon kilometr məsafədə yerləşir. Dünya, Günəş orbitindəki dövrəsini 365 gündə tamamlayarkən, Mars 687 gündə tamamlayır.

Mars sonuncu dəfə 2003-cü ildə, təxminən 60 min il sonra Dünyaya ən yaxın mövqeyə gəlmişdi. Növbəti görüş üçün isə o qədər gözləməyə ehtiyac qalmayacaq. Alimlər 2020-ci il oktaybr ayının 6-da daha bir görüşün baş tutacağını deyirlər. Publika.az

BIR CAVAB BURAXIN