Adnan Oktarın trilyonluq sərvəti: mülklər, avtomobillər, antik əşyalar….

0
742
İstanbul polisi trilyonlarla sərvəti olan Adnan Oktarın Osmanlı sultanlarından heç də geri qalmayan yaşam tərzini ortaya çıxarıb. Əməliyyat zamanı həbs olunan Oktarın mülkiyyəti dövlət tərəfindən müsadirə edilib və şirkətlərinə qəyyum təyin edilib.
İstanbulun 4 rayonunda aparılan əməliyyatlar hazırda da davam etdirilir.
Qaynarinfo Türkiyə mətbuatına istinadən onun müsadirə edilən mülklərinin və sərvətinin siyahısını sizlərə təqdim edir:
İstanbulun Kandilli səmtində 180 dərəcə dəniz mənzərəli malikanə
İnsanları şantaj etməkdə təqsirləndirilən Adnan “Cartier” markalı qol saatı taxır, “Lacoste”, “Beymen” və “Vakko” kimi məşhur brendlərin paltarlarını geyinir. Xüsusən köynək seçimində “Armani” və “Ferre” firmalarına üz tutur.
Onun “Cherookee” və “Mercedes” markalı avtomobilləri var.
A.Oktarın Kandillidəki villası 30 hektarlıq meşəlik ərazidə yerləşir. Bu saraya getmək üçün 750 metr uzunluğunda xüsusi yol çəkilib.
Yol boyu uzanan ağacların və xətlərin üzərində 50 ədəd təhlükəsizlik kamerası yerləşdirilib. Yolda hər 250 metrdən bir 4 ayrı dəmir qapı var. Bu yol bitdikdən sonra 100 metrlik daş döşənmiş ayrı bir yol başlayır.
Yolun sonunda Adnanın ikimərtəbəli, içərisi antik əşyalarla dolu olan evi görünür. Evdə çoxlu peyk antenalarının olması da xüsusi olaraq diqqət çəkir. 2 ədəd hovuz, süni göllər olan malikanədə hər yay zadəgan təbəqə üçün partilər təşkil edilirdi.
Silivri Fenerköy səmtində Pembeköşk adlı bağ evi
Bağ evinə üzərində xüsusi işləmələri olan böyük bir darvazadan keçilir. 24 saat təhlükəsiz kameraları ilə nəzarət edilən bu obyektdə Oktarın 4 ədəd iti var. Bunlardan ikisi “Doberman” cinsidir.
Buradakı villa ikimərtəbəlidir. Villanın arxasında isə ucu bucağı görünməyən sahə var. Bağda birisi böyük olan 2 ədəd süni göl yaradılıb. İçəridə həmçinin parnik, cıdır meydanı, çoxlu heykəllər, fantanlar, böyük və kiçik çardaqlar, sultanların taxtlarına bənzər dəbdəbəli, bəzəkli kreslolar var.
Qarajında 2 ədəd “Grand Cheroki” cip, bir ədəd “Mercedes”, “Kartal” və “Siena” avtomobilləri saxlanılır.
Özünün də müsahibələrində dediyi kimi heç bir yerdə çalışmır, yəni, bilinən konkret bir işi yoxdur, yazdığı kitablarını bellə pul müqabilində satmırdı. Bəs təkrar da olsa, yenə bu sual ortaya çıxır:
Bu dəyirmanın suyu hardan gəlir?
Çingiz Səfərli

BIR CAVAB BURAXIN