“Astana Qazaxıstanın müstəqillik rəmzinə çevrildi”

0
619

Astana müstəqil Qazaxıstanın yeni rəmzinə çevrildi.

“Report” “Kazinform”a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev şair, dramaturq Yerlan Bekxojinin Qazaxıstanın “Xabar” kanalında yayımlanan “Böyük çölün paytaxtı” adlı sənədli filmi üçün verdiyi müsahibədə deyib.

“Astanaya hər səfərimdə inkişafın intensivliyini görürəm. İlk baxışda, adama elə gəlir ki, şəhər sakinləri üçün memarlığın inkişaf etdirilməsi baxımından əlverişli şərait yaradılıb, lakin hər dəfə Astanaya səfərinizdə yeni layihələr, yeni memarlıq işləri, inkişafın yeni istiqamətləri sizi təəccübləndirir. Buna görə Astana müasir və uğurlu şəhərin inşası üçün parlaq nümunədir. Burada memarlıq və infrastruktur layihləri ahəng təşkil edir. Buna görə də şəhər sakinləri üçün çox rahatdır. Astana qonaqlar üçün rahat bir şəhərdir. Aydındır ki, Qazaxıstan rəhbərliyi şəhərin inkişafına məhəbbətlə yanaşır”, – deyə dövlət başçısı bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, 20 il bundan əvvəl Qazaxıstanın iqtisadi potensialı indi olduğu kimi deyildi. Həmin vaxt iri iqtisadi islahatlar dövrü idi. Buna görə, paytaxtın köçürülməsi təşəbbüsü böyük cəsarət və müdriklik tələb edirdi.

“Şəhər boş bir ərazidə inşa edilib. Mən Astananı yarandığı gündən görmüşəm. Şübhəsiz ki, bu, böyük bir səy, insan və maliyyə resursları tələb edirdi. Bir çox insanlar paytaxtın köçürüləcəyi barədə qərarı gözləmirdilər. Amma həyatın göstərdiyi kimi, bu, çox yaxşı bir qərar idi. Çünki müasir, geniş şəkildə hərəkət edən bir meqapolis quruldu”, – deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısının sözlərinə görə, Astananın inkişafı minlərlə iş yerinin açılmasına imkan yaratdı.

“Şəhərdə tikinti tempi tikinti materialları və mühəndis sənayesinin inkişafını təmin etdi. Beləliklə, paytaxt inkişaf üçün yol açır. Buna görə də qərar çox çətin və düzgün idi. Yüksək xərclərə baxmayaraq, iqtisadi baxımdan bu qərarın özünü tamamilə doğrultduğunu söyləyə bilərəm. İnkişafın yeni tərəflərini gördüyünüzdə, onu mənimsəmək istəyirsiniz. Astananın təcrübəsini, ilk növbədə düzgün planlaşdırma üsullarını təhlil edərək, Astana memarlığına çox böyük marağın olduğunu sezə bilərsiniz. Bir sənət əsəri olaraq şəhər böyük bir sevgi və arzu ilə inşa edildi. Başlanğıcda, fikrimcə, Astana tikilməmişdən öncə qarşıaya Qazaxıstanın yeni rəmzini formalaşdırmaq hədəfi qoyulmuşdu. Bu hədəfə nail olundu “, – deyə İlham Əliyev bildirib.

BIR CAVAB BURAXIN