Beynəlxalq Bankın əsl sahibi üzə çıxdı-süpürgəçi Vera Sergeyevna!

0
627

Artıq il yarımdır ki, ölkə mətbuatı bir vaxtlar xüsusi xidmət orqanlarının qanadları altında sığınacaq tapmış bankirin-Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin dəhşətli maliyyə fırıldaqları haqda yazır. Hazırda məhkəməsi gedən C.Hacıyevin nəzarət səhm paketi dövlətə məxsus olan bankın on milyonlarla manat vəsaitini xaricdəki şübhəli layihələrə ötürmək üçün sürücüsünün, qəpik-quruş maaş alan tələbə yoldaşının, bağbanın və digərlərinin adına necə rəsmiləşdirdiyi artıq məlumdur. Lakin belə görünür ki, C.Hacıyevin əməlləri barədə sensasiyalar hələ də tükənməyib.

Məlumdur ki, C.Hacıyev və ailəsi Beynəlxalq Bankın özəl səhmdarları arasında yer alıb. İşdən çıxarılandan sonra bu səhm paketini bankın borclarının əvəzində onun əlindən alıblar. Lakin kimin ağlına gələ bilərdi ki, ölkənin ən iri bankının sahiblərindən biri də adi süpürgəçiymiş!

Bəli, hüquq-mühafizə orqanlarından virtualaz.org-a daxil olan mötəbər məlumata əsasən məhz belədir. Süpürgəçi, adi ev qulluqçusu Əmiraslanovna Vera Sergeyevna Azərbaycan Beynəlxalq Bankının 10 milyon 33 min manatlıq səhm paketinin mülkiyyətçisidir. Bu, manatın dəyərdən düşməsinə qədər olan məbləğdir və o vaxtkı məzənnə ilə 12.5 milyon dollar edir. Başqa sözlə, süpürgəçi Vera Sergeyvna əslində milyonerdir.

Oxucularda dərhal sual yarana bilər-axı necə olur ki, 12.5 milyonu olan Vera Sergeyevna süpürgəçi, ev qulluqçusu işləyir? Məsələn, Havay adalarında istirahət etmir və ya gününü yaxta gəzintisində keçirmir?

Lakin Vera Sergeyevna hind kinolarındakı kimi zəngin babasının ona miras qoyduğu milyonlardan xəbərsiz, kasıb yaşayan adi süpürgəçi deyil-cənab Hacıyevin evinin qulluqçusudur və bu detal milyonçu qadının necə süpürgəçi işləyə biləcəyinə dair oxucularda yaranan haqlı heyrətə son qoyur. Yəni söhbət C.Hacıyevin daha bir maliyyə maxinasiyasından-bankın əhəmiyyətli həcmdə səhm paketini nəyə görəsə öz ev qulluqçusunun adına rəsmiləşdirməsindən gedir.

Və belə məlum olur ki, qulluqçu qadının özünün əslində Beynəlxalq Bankın iri səhmdarlarından biri olduğu haqda xəbəri yoxmuş. Necə ki, adlarına on milyonlarla manat kredit rəsmiləşdirilən, indi məhkəmə qarşısında bu cür məsuliyyətin altına necə girdiklərini izah edə bilməyən sürücü, adı bank işçisi, keçmiş tələbə yoldaşı və digərləri kimi…

Virtualaz.org

BIR CAVAB BURAXIN