Uruqvay Portuqaliyanı evə yola saldı – VİDEO

0
713

 Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir görüşü keçirilib.

Soçidəki “Fişt” stadionunda Uruqvay və Portuqaliya milliləri qarşılaşıb.

Görüş cənubi amerikalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Uruqvayın hər iki qolunu 7-ci və 62-ci dəqiqələrdə Edinson Kavani vurub. Portuqaliya millisindən isə 55-ci dəqiqədə Pepe fərqlənib.

Beləliklə, 1/4 finalda Fransaya Uruqvay yığması rəqib olub. Bu görüş iyulun 6-da keçiriləcək.

Digər tərəfdən, argentinalı Lionel Messidən sonra portuqaliyalı Kriştianu Ronaldu da mundialla vidalaşıb. DÇ-2018-in qalan oyunları dünyanın iki ən yaxşı futbolçusu olmadan davam edəcək.

DÇ-2018, 1/8 final

22:00. Uruqvay – Portuqaliya – 2:1

Qol: Edinson Kavani, 7; 62 – Pepe, 55

Hakimlər: Sizar Ramos, Marvin Torrentera, Migel Hernandez (hamısı Meksika), Jair Marrufo (ABŞ)

Soçi, “Fişt” stadionu.

BIR CAVAB BURAXIN