DC-2018 : Braziliya və Almaniya üçün çətin sınaq

0
562

Rusiyadakı dünya çempionatında bu gün daha 2 qrupda son turun matçları keçiriləcək.

Qarşılaşmalar F və E qruplarını əhatə edəcək.

Əvvəlcə F qrupunda Cənubi Koreya – Almaniya və Meksika – İsveç görüşləri təşkil olunacaq. Bu qrupda bütün komandalar 1/8 finala iddialıdır. Hazırda 6 xala malik Meksikaya mərhələ adlaması üçün 3 xalla 3-cü pillədə yer alan İsveçlə görüşdə heç-heçə də yetərlidir. Amerikalılar qələbə qazansa, hələ xalı olmayan Cənubi Koreya 3 xalla 2-ci pillədə qərarlaşmış Almaniya üzərində qələbə qazanaraq, mərhələ adlaya bilər.

Bu qrupla müqayisədə E qrupunda vəziyyət nisbətən qeyri-mürəkkəbdir. 4 xalla qrup lideri olan komandalardan Braziliya 3 xalı olan Serbiya, İsveçrə isə hələ xal toplamayan Kosta-Rika ilə qarşılaşacaq. Serbiya Braziliyaya qalib gələ bilməsə, digər görüşün əhəmiyyəti qalmayacaq. Hərçənd, İsveçrənin Kosta-Rika ilə görüşdən ən azı heç-heçə ilə ayrılmaq imkanları yüksək qiymətləndirilir.

DÇ-2018

27 iyun

III tur

F qrupu

18:00. Cənubi Koreya – Almaniya

Hakimlər: Mark Geyger (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)

Kazan, “Kazan Arena”

18:00. Meksika – İsveç

Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Andres Kunya, Maurisio Espinoza (hər ikisi Uruqvay)

Yekaterinburq, “Yekaterinburq Arena”

22:00. Serbiya – Braziliya

Hakimlər: Alireza Fağani, Reza Soxandan, Məhəmmədreza Mansuri (hamısı İran), Jair Marrufo (ABŞ), Anuar Hila (Tunis)

Moskva, “Spartak” stadionu

22:00. İsveçrə – Kosta-Rika

Hakimlər: Kleman Turpen, Nikola Dano, Siril Qrinqor (hamısı Fransa), Norbert Hauata (Taiti), Bertran Brial (Yeni Kaledoniya)

Nijni Novqorod, “Nijni Novqorod” stadionu

Qeyd edək ki, hələlik 1/8 final cütlərindən 4-ü məlumdur. İyunun 30-da Soçidə Uruqvay – Portuqaliya, Kazanda Fransa – Argentina və iyulun 1-də Moskvadakı “Lujniki” stadionunda İspaniya – Rusiya, Nijni-Novqorodda Xorvatiya – Danimarka görüşləri keçiriləcək.  (report)

BIR CAVAB BURAXIN