Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək

0
599

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

“Report”un məlumatına görə, ilk qarşılaşma F qrupunda İsveç və Cənubi Koreya yığmaları arasında olacaq.

Nijni Novqoroddakı eyniadlı stadionda keçiriləcək matçı salvadorlu referi Xoel Agilar idarə edəcək. Bu qrupun ilk görüşündə Meksika Almaniyanı 1:0 hesabı ilə yenərək, mundialın ilk sensasiyasına imza atıb.

Növbəti iki görüş G qrupuna təsadüf edəcək. Soçidəki “Fişt” stadionunda çempionatın favoritlərindən sayılan Belçika debütant Panamanı sınağa çəkəcək. Oyunu zambiyalı referi Canni Sikazu idarə edəcək. Bu matçda bir çoxları növbəti böyükhesablı qələbənin qeydə alınacağını düşünür.

Qrupun digər görüşündə isə Volqoqraddakı eyniadlı arenada Tunislə İngiltərə üz-üzə gələcək. Matçı kolumbiyalı referi Vilmar Roldan idarə edəcək.

DÇ-2018, 18 iyun, F qrupu

16:00. İsveç – Cənubi Koreya

Hakimlər: Xoel Agilar (Salvador), Xuan Karlos Mora (Kosta-Rika), Norbert Hauata (Taiti), Bertrand Brial (Yeni Kaledoniya)

Nijni Novqorod, “Nijni Novqorod” stadionu

G qrupu

19:00. Belçika – Panama

Hakimlər: Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Siula (CAR), Ryuji Sato (Yaponiya)

Soçi, “Fişt” stadionu

22:00. Tunis – İngiltərə

Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika), Kori Rokuel (ABŞ)

Volqoqrad, “Volqoqrad Arena”

Oyunların başlanma saatları Bakı vaxtı ilə göstərilib.

BIR CAVAB BURAXIN