Azərbaycan Ordusu addım-addım irəliləyir…

0
591

Azərbaycan addım-addım öz sərhədləri üzərində bütün nəzarəti bərpa edəcək.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu sözləri axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir Azərbaycan Ordusunun üç gün əvvəl Naxçıvanda əldə etdiyi uğuru çox yüksək qiymətləndirib:

“Bu uğur Azərbaycan Ordusunun öz gücünə arxayın olduğunun əsas göstəricisidir. Azərbaycan rəhbərliyinin siyasi iradəsi torpaqlarımızı hərbi yolla işğaldan tam şəkildə azad etməyə imkan verir. Bu, ermənilərə çox vacib bir siqnal idi. Buna görə də hesab edirəm ki, Naxçıvandakı uğurumuz Azərbaycan və onun xalqı üçün çox vacib bir addım oldu. Azərbaycanın öz sərhədləri üzərində addım-addım bütün nəzarəti bərpa edəcəyinə heç bir şübhə yoxdur”.

T.Zülfüqarov İrəvanın qeyri-konstruktivliyi ucbatından danışıqlar prosesinin heç bir nəticə vermədiyini deyib və işğalçıya qarşı güc tətbiq olunmasını mümkün sayıb:

“Azərbaycan Ermənistana hücum etmədi, sadəcə olaraq, öz sərhədinə nəzarətini bərpa etdi. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün genişmiqyaslı əməliyyatlara başlayacağını heç vaxt istisna etmirdim. Belə görünür ki, işğalçıya qarşı güc tətbiq olunması qaçılmazdır. Bu da Ermənistana ciddi siqnaldır. Ya sülh, ya da müharibə variantından birini seçməlidirlər. Ermənistan rəhbərliyi də yaxşı başa düşür ki, ciddi seçim qarşısındadır. Dolayı yolla olsa da, Paşinyan buna cavab verdi və sülhə də, müharibəyə də hazır olduqlarını bildirdi. Bu baxımdan Azərbaycanın siyasəti və atacağımız addımlar artıq erməni tərəfinə bəllidir”.

BIR CAVAB BURAXIN