Almaniya qəzeti Rusiyadakı QİÇS fəlakətindən yazdı: “1,5 milyon insan İİV-ə yoluxub”

0
838

Olub bitənlər isə deyəsən Moskvanın ya vecinə deyil, ya da problemi görməzlikdən gəlir

Rusiyada QİÇS problemi milli fəlakət dərəcəsinə gəlib çatıb. Lakin dövlət problemin miqyasını qəsdən kiçildir. Bu isə xəstəliyin nəinki ölkə daxilində, hətta başqa ölkələrə, xüsusilə də MDB dövlətlərinin vətəndaşları arasında sürətlə yayılmasına səbəb olur.
Rusiyanın MDB məkanının iqtisadi mərkəzi olmasını, habelə keçmiş SSRİ ölkələrindən, o cümlədən Azərbaycandan yüz minlərlə insanın sadəcə dolanmaq üçün şimala üz tutduğunu nəzər salsaq təhdidin səviyyəsini və dərəcəsini anlamaq o qədər də çətin olmaz.

Almaniyanın “Berliner Zeitung” qəzetinn müxbiri Ştefan Şoll dünya çempionatı öncəsi Rusiyadan reportaj hazırlayıb və diqqəti bu problemə cəlb edib. Müxbirin yazısı çempionata təşrif buyuracaq alman azarkeşləri üçün xəbərdarlıq kimi də qəbul olunur.

Jurnalist yazısına Rusiyanın Çeboksarı şəhərində Yana adlı İİV (İnsanın immun çatışmazlığı virusu-red.) virusuna yoluxmuş bir qadınla söhbətdən başlayır. Yana rəsmi orqanlar istisna olmaqla hər kəsdən xəstəliyə düçar olduğunu gizlədir, bununla bərabər hər hansı yaxınlıqdan qaçır. “Əgər səndə QİÇS-ə səbəb verən İİV virusu varsa səni ya narkoman, ya da fahişə adlandıracaqlar”.

Картинки по запросу HİV

Jurnlalist Ştefan Şoll hakimiyyət orqanlarının QİÇS-ə qarşı mübarizədə formal rəqəmlərlə öyündüyünü yazır. Məsələn “Rospotrebnadzor”un (İstehlakçıların hüquqlarının qorunması üzrə üzrə Federal Xidmət-red.) rəhbəri Anna Popova QİÇS-lə mübarizəyə həsr olunmuş konfransda ölkəsinin bu xəstəliyə qarşı gen müalicəsi sahəsində xüsusi dərman hazırladığını bildirib. Popova bu dərmanın tezliklə klinik sınaqlar üçün buraxılacağını söyləyib.

Картинки по запросу Геннадий Онищенко

Rusiya Dövlət Dumasını deputatı Gennadi Onnişenko isə dövlətin QİÇS-ə qarşı strategiyasını tərifləyərək hər il ölkə vətəndaşlarının 23%-nin QİÇS testini verdiyini bəyan edib. Onun sözlərinə görə Rusiyanın 320 min HİV-ə yoluxmuş vətəndaşı müalicə almaqdadır. Lakin Onişşenko belə Rusiyada 990 mindən çox QİÇS xəstəsinin olduğunu etiraf etməyə məcbur qalıb.
Müstəqil ekspertlər isə vəziyyətin rəsmi rəqəmlərdən daha fəlakətli olduğunu bildirirlər. Onların təsbitlərinə əsasən Rusiyada 1,5 milyon İİV-ə yoluxmuş insan yaşayır. Bu ölkə əhalisini 1%-nə bərabərdir. Yəni Rusiyada əsl QİÇS epidemiyasından danışmaq olar.

“Dəqiq rəqəmləri heç kim bilmir. 30-50 yaş arası bir çox rusiyalı özünü İİV virusu daşıdığından xəbəri belə yoxdur. Hələ keçən il Rusiyada İİV virusuna yoluxmadan 24 min insan vəfat edib”, İİV lə mübarizə fondunun Kazan bölməsinin rəhbəri İlnur Muxamecanov müxbirə deyib.

Картинки по запросу hiv russia

İlnur Muxamecanov İİV-in Rusiyada aşağı təbəqələrin xəstəliyi olaraq qəbul edilməsindən şikayətlənir. O, yoldaşı Svetlana İzimbayeva ilə birlikdə dünyadakı bir çox fondun nümunəsinə uyğun olaraq Rusiyanın böyük konsernlərinə və varlı iş adamlarını QİÇS mövzusuna daha çox diqqət və maliyyə vəsaiti ayrımağa çağırıb.

“Bizim sahibkarlar daha çox xərçəng xəstəliyinə qarşı müxtəlif təşəbbüslərə dəstək olmağa üstünlük verirlər. Belə bir fikir var ki, əgər sən İİV-lə bağlı hansısa layihəyə pul ayırırsansa ya özün bu virusa yoluxmusan, ya da ki sadəcə “gey”sən (homoseksual)”, İlnur müxbirə bildirib.

Ştefan Şollun yazdığına görə vəziyyəti çətinləşdirən Rusiyada QİÇS problemləri iə məşğul olan bir çox qeyri-hökumət təşkilatının xaricdən pul aldığına görə, qəbul edilən yeni qanunla “xarici agent” elan olunmasıdır. Bu isə həmin təşkilatların effektiv fəaliyyət göstərməsinə ciddi əngəl törədir.

Musavat.com

Картинки по запросу Rusiyada QİÇS problemləri

BIR CAVAB BURAXIN