“Qazprom” xaricdə TAP əleyhinə etiraz aksiyaları təşkil edir

0
653

TAP-a qarşı İtaliya və Yunanıstanda olan etirazların heç bir obyektiv əsası yoxdur.

Arazinfo.com-un verdiyi xəbərə görə, bunu virtualaz.org-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Mən bilirəm ki, İtaliyada bu məsələ ağacların müdafiəsi adı altında başladılmışdı. TAP rəhbərliyi bu problemi etirazçıların arzularına tam uyğun şəkildə həll etdi. Buna rəğmən müəyyən insanlar TAP-la bağlı yenə etirazlar edirlər. Bu, etirazların ekoloji xarakterli olmadığını göstərir. Etirazlar daha çox Azərbaycan qazının rəqiblərinin siyasi və kommersiya maraqları ilə bağlıdır. Bütün bunun arxasında Rusiyanın “Qazprom”u dayanır”, – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ-ın hələ Avropadakı enerji layihələri ilə bağlı strategiyası yoxdur. O, sələflərindən fərqli olaraq, Trampın özü üçün hansısa strategiya müəyyən etmədiyini də deyib: “Vəziyyət uzun müddət belə getməyəcək. Trampın komandasında Qərb üçün Azərbaycan və Türkmənistanın vacib rolunu anlayan şəxslər var”.

BIR CAVAB BURAXIN