DSX “Banqladeş mafiyası”nı ifşa etdi

0
601
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.
Xidmətin hərbi qulluqçuları tərəfindən DİN əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat təd­birləri nəticəsindəİmişli rayonu ərazisində Cəbrayıl rayonunun məc­buri köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İran İslam Respub­likasından Azərbaycan Republikası istiqamətində dövlət sər­hə­dini pozmuş İran vətəndaşı 1987-ci il təvəllüdlü Əhmədli Vəhid Hey­dər oğlu saxlanılıb.

Sərhəd pozucusunun dindirilməsi nəticəsində onun Azərbaycan Res­publikası ərazisinə rəsmi yolla gəlmiş 5 nəfər Banqladeş vətən­daşına bələd­çi­lik edərək İranərazisinə qanunsuz keçirmək niyyəti ilə dövlət sər­hədini pozması müəyyən edilib. Tə­xirə­salın­maz əməliy­yat-axtarış tədbirləri nəticəsində Banqladeş vətən­daşları – 1993-cü il təvəl­lüdlü Mahammad Calal Ud­din, 1994-cü il tə­vəl­lüdlü Axmed Ma­lik Minbarali, 1995-ci il tə­vəllüdlü Min­haj Uddin Cabed, 1998-ci il təvəl­lüdlü Abdul Kazim Tolukber, 1999-cu il tə­vəl­lüdlü Mahammad Ebad Mo­zumber şübhəli şəxs qis­min­də saxla­nıl­ıb­lar.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir. (azvision.az)

BIR CAVAB BURAXIN