Mərkəzi Asiyada Vaşinqton-Astana-Daşkənd üçbucağı yaranır

0
711

Çərşənbə axşamı mayın 15-də Özbəkistan prezidentinin ABŞ-a üçgünlük rəsmi səfəri başlanıb. Şavkat Mirziyoyev Vaşinqtona amerikalı həmkarının  dəvətilə gəlib. Amerika KİV-ləri qeyd edir ki, ABŞ və Özbəkistan ikitərəfli münasibətlərdə strateji əməkdaşlığın yeni erasını açır.

Bu, Özbəkistan liderinin Ağ Ev başçısıyla ilk görüşü olmayacaq. Mirziyoyev 2017-nin  mayında Səudiyyə Ərəbistanında ərəb-müsəlman ölkələri və ABŞ sammiti çərçivəsində Trampla artıq görüşüb.  Özbəkistan prezidenti 2017-nin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasına qatılıb, orada  da ABŞ və Özbəkistan liderlərinin qeyri-formal görüşü olub.

Amerika və Özbəkistanın biznes strukturları 2017-nin sentyabrında Nyu-Yorkda, haradasa, üç milyard dollar məbləğində müqavilələr bağlayıb. Nyu-Yorkda Özbəksitanın “Uztreyd” ticarət evini, Daşkənddə isə Vebster universitetinin Amerika ATM-nin MDB ölkələrində tamdəyərli ilk filialı olacaq filialını açmaq haqda qərar da qəbul edilib.

Biz prezident Mirziyoyevin Vaşinqtona Birləşmiş Ştatlarla Özbəkistan arasında strateji əməkdaşlığın yeni erasının başlandığını göstərən tarixi  səfərini səbirsizliklə gözləyirik, – ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. – Bölgəsəl təhlükəsizliyin, ticarətin möhkəmləndirilməsi və bölgənin iqtisadi inkişafı, habelə Özbəkistanın Mərkəzi Asiyada rolu və onun Əfqanıstanda ABŞ-ın səylərinə dəstəyi kimi qarşılıqlı prioritetlərin geniş spektri nəzərə alınmaqla səfər ikitərəfli münasibətləri dəriləşdirəcək”.

Vaşinqtonda həmçinin ümid edirlər ki, ABŞ və Özbəkistan liderlərinin sammiti “ABŞ və Mərkəzi Asiyanın keçmiş altı sovet respublikasının danışıqlar formatını” möhkəmləndirəcək və ABŞ və Özbəkistana bu mexanizm çərçivəsində “Əfqanıstan da daxil olmaqla məsələlər dəsti” üzrə konstruktiv qarşılıqlı fəlaiyyət imkanı verəcək.

Müşahidəçilər qeyd edirlər ki, Mirziyoyev Nursultan Nazarbayevdən sonra Mərkəzi Asiya bölgəsinin ikitərəfli əsasda alyans yaratmaqda Donald Trampın xeyir-duasını alan ikinci lideri oldu.

Xatırladaq ki, Qazaxıstan lideri bu ilin yanvarında Vaşinqtona səfər edib. Və o, səfərdən bir an sonra Qazaxıstana səfər edən ABŞ vətəndaşları üçün viza rejimini ləğv edib. Bundan savayı, Pentaqona Qazaxıstan HDQ-nin Xəzərdəki Kurık və Aktau bazalarından faydalanmaq icazəsi verib.

Bəs Şavkat Mirziyoyev? O da Nursultan Nazarbayevdən geri qalmamağı kəsdirib. Onun Donald Trampa sarı təzimi BMT Baş Assambleyası trubinasından “Özbəkistanın qoşulmama Hərəkatının iştirakçısı olduğu və öz ərazisində xarici hərbi bazaları yerləşdirməkdən imtina etdiyi” haqda bəyanatı olub.

Başqa sözlə, Mirziyoyev Vaşiqntona eyham vurub ki, Daşkənd Moskvanın təsir orbitindən qəti şəkildə çıxır. Özbəkistan KTMT-dən bütünlüklə çıxıb və AİB-ə girməyə hazırlaşmır.

Daşkəndin xarici siyasətində bu cür dönüş Ağ Ev sahibinin tam ürəyindən olub. Və vətəndaşların hüquq və azadlqılarını genişləndirən və ticarət və yatırımların genişləndirilməsinə təkan verən önəmli islahatların başlanmasına görə Özbəkistanı tərifləyib.

Bu qayda ilə artıq bu gün məqsədi beynəlxalq problemlərin dəyərləndirilməsində vahid mövqeyin hazırlanması olan Vaşinqton-Astana-Daşkənd strateji üçbucağının yaradılmasından danışmaq olar. Qazaxıstan və Özbəkistan liderləri bununla da Moskvaya eyham vururlar ki, Rusiyanın okeanarxcası fövqəldövlətlə “soyuq savaş” siyasətindən aralanırlar. Əksinə, Astana və Daşkənd Vaşinqtonla bu cür dostluğun siyasi dividendlər və iqtisadi qazanc vəd etdiyini anlayaraq  onunla dostlaşmaq istəyir.

Məsələn, Mirziyoyevin Vaşinqtondakı danışıqlarında Özbəkistanın neft-qaz sahəsinə böyük yatırım layihələri müzakirə olunacaq. Özbəkistan prezidenti Amerikanın “Chevron” və “Exxon Mobil” nəhənglərini faydalı qazıntıların geoloji kəşfiyyatı və hasialtına, “General Electric”i isə respublikanın energetika stansiyalarının rekonstruksiyasına dəvət edir.

Mirziyoyevin Vaşinqtona səfərini Bakıda qısqanclıqla izləyirlər: Donald Tramp İlham Əliyevi özünün Oval kabinetinə dəvət etmir. Səbəb sadədir: ABŞ Dövlət Departamenti hələ bir neçə il qabaq Azərbaycan rəhbərliyini hüquq müdafiəçiləri və müxalif hərəkata qarşı repressiyada ittiham edib. Cavabında Bakı Vaşinqtona Azərbaycanın daxili siyasətinə qarışmamağı məsləhət görüb.

Belə ki, İlham Əliyevin ABŞ-a rəsmi səfəri hələlik uzaq gələcəyin məsələsidir. Amma Bakıda ümid edirlər ki, Vaşinqtonla çox gözəl münasibətlər qurmuş Şavkat Mirziyoyev Azərbaycan və ABŞ arasında  etibarlı münasibətlərin qurulmasında vasitəçi ola bilər.

Bakıda isə hələlik Özbəkistan prezidentinin Azərbaycana rəsmi səfərinə hazırlıq görürlər. Bu səfər Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iştirakı ilə yeni bölgəsəl nəqliyyat-energetika alyansının qurulmasında həlledici ola bilər.

Aydın Mehdiyev, pravda.ru

Tərcümə Strateq.az-ındır.

BIR CAVAB BURAXIN