Son illərdə dəfələrlə möhtəşəm idman oyunlarına ev sahibliyi edərək dünyanın idman ölkəsi kimi tanınan Azərbaycan bu şərəfli ənənəsini davam etdirməkdədir. Bu baxımdan ölkəmiz aprel ayının 27-29-da Bakıda Formula 1 yarışlarını yüksək səviyyədə keçirərək daha bir uğura imza atdı. Öncədən onu deyək ki, artıq 3-cü dəfə ölkəmizdə keçirilən vədünyanın ən nüfuzlu idman yarışlarından biri hesab edilən Formula 1 yarışına bu dəfə dəölkəmiz ən yüksək səviyyədə hazırlaşmışdı. Yarışın keçirilməsi ərəfəsində Təşkilat komitəsi rəsmi açıqlama verərək oyunlara yüksək səviyyədə hazırlıq görüldüyünü bəyan etmişdi. Oyunları işıqlandırmaq məqsədi ilə dünyanın müxtəlif ölkələrindən onlarla jurnalist respublikamıza təşrif buyurmuşdu. Oyunlar canlı olaraq dünyanın 100-dən çox ölkəsinəyayınlanırdı. Bundan əlavə Formula1 yarışlarını izləmək üçün dünyanın müxtəlif ölkələrindən minlərlə turist respublikamıza gəlmişdi. Həqiqətən də aprelin 27-də başlayan Formula 1 yarışları möhtəşəm bir tədbirə çevrildi.
Bakıda Formula1 üzrə Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula-2 yarışları da keçirilib. Pilotlar ilk gündə Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar.
Bu yürüşlərdə “Çarlin” komandasının braziliyalı pilotu Serjiu Sette Kamara məsafəni 1:57.136 dəqiqəyə başa vuraraq qalib gəlib.
“Campos Vexatec Racing”komandasının italiyalı pilotu Luka Gyotto 1:57.208 nəticə iləikinci olub. “MP Motorsport”komandasının pilotu Ralf Boşunq isə yürüşlərdə 1:57.629 nəticə ilə üçüncü yeri tutub.
Aprelin 28-də isə Bakıda Formula 1 Azərbaycan Qran prisinin Formula 2 sinfi çərçivəsindəyeni praktiki sınaq yarışları keçirilib.
Formula 2 üzrə ikinci əsas yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar uzunluğu altı kilometr olan Bakı trekində 45 dəqiqəərzində 21 dövrə vurublar.
Yürüşün qalibi “ART Grand Prix” komandasının pilotu George Russel olub. O, 1 dəqiqə56,891 saniyəlik nəticə göstərib. “Carlin” komandasının pilotu Serjio Sette Kamara finişxəttinə ikinci, “Pertamina Prema Theodore Racing”in sürücüsü Nik De Vries üçüncü çatıblar.
Xatırladaq ki, ötən il iyunun 23-25-də Bakıda keçirilən Formula 2 turunun ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Çarles Lekrerk qələbəqazanmışdı.
Yarışdan sonra mətbuata açıqlama verən Formula-2 üzrə ikinci əsas yarışda üçüncü yeri tutmuş “Pertamina Prema Theodore Racing” komandasının sürücüsü Nik De Vries deyib:
“İkinci dəfədir Azərbaycan paytaxtında uğur qazanıram. Bakı mənim üçün uğurlu şəhərdir. Həmişə Bakı haqqında xoş xatirələrim olacaq.
Bakı mənim çox xoşuma gəlir. İnsanları çox mehribandırlar. Həqiqətən də gözəl şəhərdir. Paytaxtınızı çox bəyənirəm. Ötən il Bakıda ikinci yeri tutduğum üçün bu şəhər mənim üçün uğurlu hesab oluna bilər”.
Pilot gələn il də Bakıya gələcəyinə ümidvar olduğunu söyləyib.
Aprelin 29-da isə Bakıda Formula 1 Azərbaycan Qran-Prisi yarışlarının əsas mərhələsi keçirilib. Respublikamızda idmanın inkişaf etdirilməsinə xüsusi qayğı və diqqət göstərənAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.
Dövlət başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakıidarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar.
Məlumat verildi ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə dəiştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün dəyerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.
Qeyd edilib ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyinən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Sonra pilotların paradı və açılış mərasimi keçirilib. Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı.
Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər.
Açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni ifa olunub. Dövlət himnini AzərbaycanınƏməkdar Artisti, Prezident təqaüdçüsü İsfar Sarabskinin müşayiəti ilə “Səs Azərbaycan” musiqi yarışmasının qalibi Səbinə Əfəndi ifa edib.
Azərbaycan himninin ifasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.
Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayanıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində finiş xəttinəbirinci “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton çatdı. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü olublar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Qran-Prisinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu “Mersedes” komandasının nümayəndəsinə təqdim etdi.
İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti AnarƏləkbərov təqdim etdilər.
.
Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.
“Yarışın bu cür yekunlaşacağını təxmin etmirdim. Valtteri Bottas çox yaxşı görünürdü vəqələbəyə layiq idi. Sebastyan Fettel də çox sürətli idi”.
Bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi “Mercedes” komandasının pilotu Lüis Hemilton deyib.
Britaniyalı sürücü bəxtinin gətirdiyini bildirib.
“Bəxtim gətirdiyi üçün finiş xəttini birinci keçdim. Özümü bir qədər qəribə hiss edirəm. Amma bu nəticəni qəbul edirəm. Bu gün bir saniyə də olsun, təslim olmadım. Davamlıhücum edirdim. Lakin yarışı ideal keçirmədim”, – deyə Hemilton söyləyib.
Qeyd edək ki, L.Hemilton 1 saat 43 dəqiqə 44 saniyə göstərici ilə rəqiblərini qabaqlaylb. “Ferrari”nin sürücüsü Kimi Raykkonen ikinci, “Force İndia”nın pilotu Serxio Peres üçüncü yeri tutub.
Formula 1yarışlarının keçirildiyi günlərdə dünyanın tanınmış estrada ulduzları Kristal Hollda konsert proqramı ilə çıxış etmiş və beləliklə bu oyunlara özünəməxsus ecazkar bir ruh bəxş edərək tamaşaçılara qeyri-adi zövq bəxş ediblər.
Bakıda keçirilən Formula 1yarışları dünya məbutaında geniş işıqlandırılmış və republikamız haqqında xoş sözlər işlədilib. Beləliklə respublikamızda daha bir möhtəşəm idman oyunu tarixə döndü. Şübhəsiz ki, gələn ildə də növbəti Formula 1 yarışları uğurla həyata keçiriləcək və ölkəmiz bununla da daha ir beynəlxalq uğura imza atmış olacaq.
Emin Axundov