Mirziyayevdən Ərdoğana: Bura türkün vətənidir, birləşək!

0
612

Biz vaxtilə türk iş adamlarına çox yanlış hərəkət etdik. Bundan sonra Özbəkistanda iş adamlarına mane olanlar dövlətin siyasi xəttinə mane olmuş sayılacaqlar.

Axar.az xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şövkət Mirziyayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

“Artıq bir-birimizi sınaqdan keçirmə dönəmi bitdi. Bir zamanlar aramızda soyuqluq dönəmi yaşanırdı. Lakin indi buzlar əridi. Bura böyük türk millətinin vətənidir. Birləşmək zamanı gəldi”, – deyə Mirziyayev diqqətçəkən açıqlama ilə çıxış edib.

BIR CAVAB BURAXIN