Sərkisyan Bakıya da yalvardı: Bu çətin günlərdə Qarabağda…

0
622

Ümid edirəm ki, gərgin daxili siyasi vəziyyətdə Dağlıq Qarabağda hər hansı gərginlik olmayacaq.

Bu sözləri Ermənistan Prezidenti Armen Sərkisyan “Belarus 1” telekanalına açıqlamasında deyib.

“Ermənistanda yaşanan bu çətin vəziyyətdə hər kəsə çağırış edib, deyirəm ki, Dağlıq Qarabağda hər hansı provokasiya və ya konflikt olmaması üçün gərginlik məhdudlaşdırılsın”, – deyə Sərkisyan bildirib.

Onun bu çağırışının daha çox hazırda siyasi səhnədə uduzmaqda olan Qarabağ klanının üzvlərinə, o cümlədən Qarabağ separatçılarına ünvanlandığı birmənalıdır. Çünki aprelin 13-dən Ermənistanda sabiq baş nazir Serj Sərkisyanın əleyhinə kütləvi nümayişlər başlayandan sonra düşmən tərəfi guya Azərbaycan ordusunun cəbhə bölgəsində fəallaşması ilə bağlı “video” paylaşaraq, öz əhalisini şantaj etməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin yaydığı görüntüləri təkzib edərək, cəbhədə hər hansı gərginlik yaratmaq və hücum niyyətində olmadığını, ancaq qarşı tərəfin istənilən təxribatına ən sərt şəkildə cavab veriləcəyini bildirib.Axar.az

BIR CAVAB BURAXIN