Suriya böhranı Türkiyənin tarazlığı saxlamaq səylərini çətinləşdirir

0
745

ABŞ və onun Qərb müttəfiqlərinin Suriyaya zərbə endirəcəyinin qaçılmazlığı aydınlaşdıqca, geniş qarşıdurma yarandıqda Türkiyənin kimin tərəfini tutacağı sualını verənlərin sayı artır.

Dəməşq ətrafında yerləşən, üsyançıların əlindəki Duma şəhərinə aprelin 7-də edilmiş kimyəvi silah hücumuna görə məsuliyyət Suriya hökumətinin üzərinə qoyulur.

Hökumət qüvvələrinin mühasirədə saxladığı bu əraziyə müstəqil çıxış olmadığından bu hücumun kim tərəfindən törədilməsini göstərə biləcək sübut əldə etmək asan iş deyil.

Lakin Suriya hökumətinin keçmişdə mülkilərə və üsyançılara qarşı xlor və zarin qazından istifadə etməsi ABŞ, Britaniya və Fransanın bu yaxınlarda səsləndirdikləri ittihamları inandırıcı edir.

Hər üç ölkə bəyan edib ki, Suriya rejiminin dəfələrlə kimyəvi silahdan istifadə etməsi reaksiyasız qalmayacaq.

Bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasının təcili iclasında həmin hücumlarda əli olanları müəyyən etmək məqsədilə beynəlxalq mexanizmin yaradılması çağırışlarına Rusiya veto ilə cavab verib.

Eyni zamanda Rusiya istənilən hücumun əvəzini çıxacağı barədə xəbərdarlıq da edib.

Digər tərəfdən, Əsəd rejimi Dumadakı üsyançı qüvvələri ittiham edib və Suriyaya qarşı görülən tədbirləri “ağılsız eskalasiya” adlandırıb.

Suriya münaqişəsində Rusiyanın yaxın müttəfiqi olmasına baxmayaraq Türkiyə Moskvanın yürütdüyü xətlə razılaşmayıb.

Syrian opposition activists, rescue workers and medics say more than 40 people were killed on Saturday in a suspected chemical attack on Douma, the last rebel-held town in the Eastern Ghouta region.Şənbə günü Suriyanın Duma şəhərində kimyəvi silah hücumunun baş verdiyi bildirilir

Türkiyə rəsmiləri aydın şəkildə bildirirlər ki, kimyəvi hücum olub və bu, Rusiyanın bildirdiyi kimi, ABŞ-ın Suriyada hökumət hədəflərini vurmaq üçün hazırladığı uydurma deyil.

Bu, Britaniyanın Salisbury şəhərində iki rusiyalıya qarşı edilmiş kimyəvi hücuma Türkiyənin nümayiş etdirdiyi reaksiyadan fərqli münasibətdir.

O zaman Türkiyə, keçmiş Rusiya kəşfiyyatçısı və onun qızının sinir agentilə zəhərlənməsinə görə Moskvanın məsuliyyət daşıması barədə Britaniyanın bəyanatlarını qəbul etməyib və NATO partnyorlarının rusiyalı diplomatları xaric etmək təşəbbüsünə qoşulmayıb.

Lakin indi Türkiyə Duma şəhərində kimyəvi silahdan istifadə olunmasını heç bir şübhə bildirmədən qəbul edir.

Bazar ertəsi prezident sözçüsü İbrahim Kalin deyib ki, Suriya rejimi bunun cavabını verməli olacaq.

Hökumət sözçüsü Bekir Bozdağ daha ətraflı danışıb. O deyib ki, Əsəd rejimi “barbarlıq və insanlığa qarşı cinayətdə” təqsirkardır.

Çərşənbə axşamı Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu daha sərt ifadələr işlədib.

7 il çəkən Suryia münaqişəsi ərzində “1 milyona yaxın insanın” ölümünə görə Suriya prezidenti Bəşər Əsədin cavabdeh olduğunu bildirən Çavuşoğlu deyib ki, Əsəd rejimi hakimiyyətdən dərhal getməlidir.

Türkiyə anlayır ki, istənilən hərbi aksiya Türkiyənin Suriyada durumunu mürəkkəbləşdirə və Rusiya ilə münasibətlərdə çətinliklərin yaranmasına gətirib çıxara bilər.

Bu səbəbdən, Türkiyənin bu məsələyə dair bütün bəyanatlarında Rusiyanın birbaşa adının çəkilməsindən ehtiyat edilir.

SuriyaFotonun müəllifiAFP

NATO üzvü olmasına baxmayaraq Türkiyə Rusiya ilə Suriyada hərbi və siyasi sahədə yaxından əməkdaşlıq edir.

Hərbi əlaqələrlə yanaşı enerji, nüvə energetikası və turizm sahəsində də güclü ikitərəfli əməkdaşlıq mövcuddur.

Türkiyə, İran və Rusiya BMT-nin Cenevrə prosesilə rəqabətdə olan “Astana sülh prosesi” adı altında paralel sülh danışıqları formatını yaradıblar.

Bu formatda sonuncu üçtərəfli görüş aprelin 4-də Ankarada keçirilib.

Hər üç ölkə Yaxın Şərqdə ABŞ təsirinin qarşısını almaq istəyir, lakin Suriya rejiminə münasibətə gəldikdə onların arasındakı fikir ayrılığını gizlətmək mümkün olmur.

Ankaradakı üçtərəfli görüşdən sonra verilmiş bəyanatda digər bir ciddi təzad da üzə çıxır.

Suriyada kürdlərə qarşı mübarizədə nə Rusiyanın, nə də İranın mövqeyi Türkiyənin yanaşması ilə üst-üstə düşmür.

Türkiyə iddia edir ki, onun xarici siyasəti milli maraqların qorunması və maksimallaşdırılmasına köklənir.

Hökumət yönlü şərhçilər bunu “praqmatik, fəal tarazlıq siyasəti” adlandırır.

NATO-dakı müttəfiqi ABŞ və Suriyadakı tərəfdaşı Rusiya ilə bu cür “tarazlıq” siyasətini Türkiyə nə qədər davam etdirə biləcək sualına isə cavab zənn ediləndən daha tez verilə bilər.

Suriyadakı Rusiya və İran hərbçilərinə də dəyə biləcək ABŞ-la müttəfiqlərin qaçılmaz zərbəsi Türkiyəni daha aydın mövqe tutmağa məcbur edəcək.

BIR CAVAB BURAXIN