Canəli Əkbərovdan Mətanətə AĞIR SÖZLƏR-VİDEO

0
676
Əməkdar artist Mətanət İsgəndərlinin APA TV-nin  “Show time” verilişində xalq artisti Canəli Əkbərovun onun anasına “gözü düşdüyü” barədə söylədiyi sözlər qarşı tərəfi qəzəbləndirib.
Müğənni “Canəli Əkbərovu ad günümə dəvət etmişdim. Anamı görüb vuruldu. Deyir, nə gözəl anan var. Deyirəm, elə demə, atam sizi öldürər” ifadələrini işlətmişdi.
Lent.az-ın məlumatına görə, Yenicag.az-a açıqlama verən xanəndə Mətanətin yalan danışdığını deyib:
“Yalan-palan sözlərdir. Qələt edirəm, mənim başqasının arvadıyla nə işim var? Ayıbdır, belə sözlər mənə yaraşmaz: nə Mətanətin ad gününə getmişəm, nə də onun anasına tərif yağdırmışam. Mən oxuduğum muğamlarla Azərbaycan gözəllərini vəsf edən xanəndəyəm. Yoxsa ki, xalxın arvadına niyə gözüm düşsün ki? O xanım belə sözlər danışmasın, özünə də, mənə də hörmət eləsin, yoxsa ağır cavab verərəm. Anasını tərif etmək üçün mənim adımı hallandırmasın”.

BIR CAVAB BURAXIN