Soyqırımı tanımaq Rusiyanın borcudur

0
659

1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda törətdikləri qırğınlar xüsusi zorakılıqla törədilib.

APA-nın xəbərinə görə, bunu Bakıda “1918-ci il – azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransın bölmə iclasında çıxışı zamanı rusiyalı tarixçi Oleq Kuznetsov deyib. O bildirib ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər regionlarında törədilən qırğınlara hüquqi qiymət verilməlidir: “1918-ci ildə törədilən qırğınlar soyqırımdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu fərman çox haqlı olaraq imzalanıb və hüquqi əsasa malikdir. Buna görə də azərbaycanlıların soyqırımını tanımaq rusiyalı siyasətçilərin borcudur”.



BIR CAVAB BURAXIN