Məni buna görə cəzalandırdılar – Azərbaycanlı milyarder sirri açdı

0
648

Skripal məsələsinə Rusiya xüsusi xidmət orqanlarının heç bir aidiyyəti yoxdur.

Bunu “Nezavisimaya qazeta”ya müsahibəsində azərbaycanlı milyarder Fərhad Əhmədov deyib.

“Oleq Qordiyevski 1985-ci ildə Finlandiya vasitəsilə Britaniyaya qaçıb. Niyə indiyə qədər onu güllələmirik və ya zəhərləmirik? Skripal kimə lazımdır? Mən bunun intihar olduğunu istisna etmirəm. Ata və qızın depressiya üçün çox səbəbləri olub. Yeri gəlmişkən, zəhərləndikləri gün onlar qəbiristanlığı ziyarət edərək, burada Skripalın mərhum həyat yoldaşı ilə vidalaşıblar.

İstənilən halda bu, düşünülmüş provokasiyadır. Nədənsə Skripalın zəhərləndiyi yer olan Solsberidən 12 kilometr məsafədə yerləşən Porton-Daun hərbi bazasındakı məxfi kimyəvi laboratoriyadan az yazılır. Bu ərazidə zamanında müəmmalı alim ölümləri qeydə alınıb. Məhz bu ərazidə sirli şəkildə keçmiş SSRİ-dən olan mühacir alim, mikrobioloq və Müdafiə Nazirliyinin əməkdaşı Vladimir Paseçnik həlak olub. Məhz o, müəmmalı şəkildə qətlə yetirilən Devid Kelli ilə dəfələrlə bu kimyəvi laboratoriyanı ziyarət edib.

Qərbdə Rusiyanı təcrid olunan ölkəyə çevirmək istəyirlər. Dünyanı idarə edənlər üçün müstəqil Rusiya gərək deyil. Onu nümayişkaranə şəkildə cəzalandırmaq istəyirlər”, – deyə o bildirib.

F.Əhmədov Britaniyanın təzyiqlərinə çoxdan məruz qaldığını və bundan çəkinmədiyini bildirib:

“Mən artıq Britaniya hökuməti tərəfindən təşkil edilən şəxsi sanksiyalardan keçmişəm. Əvvəlcə onlar mənimlə burada razılaşmağa çalışdırlar. Belə ki, aktivlərimi Britaniyaya daşımağımı, eləcə də Rusiyanın qaz sənayesi haqqında məndən məxfi məlumatlar almaq istədilər. Lakin görünür, mən onları çox güclü şəkildə təəssüfləndirdim.

Cəza tədbirləri dərhal başladı. London Ali Məhkəməsi haqqımda qərar çıxarıb, yarım milyard dolları keçmiş həyat yoldaşıma ödəməyimi istədi. Halbuki biz onunla 17 il əvvəl Moskvada boşanmışdıq”.Axar.az

BIR CAVAB BURAXIN