Britaniya 23 rus diplomatı ölkədən qovdu

0
628
LONDON, ENGLAND - DECEMBER 11: British Prime Minister Theresa May leaves Number 10 Downing Street on December 11, 2017 in London, England. Mrs May is to address MPs in Parliament this afternoon with an update on Brexit as negotiations with the European Union move on to the next phase. (Photo by Jack Taylor/Getty Images)

Rusiya vətəndaşı olan və ingilis kəşfiyyatına çalışan keçmiş cəsus Sergey Skripalla qızının İngiltərədə zəhərlənməsi olayı ilə bağlı Britaniya hökuməti sərt addım atıb.

Böyük Britaniyanın baş naziri Tereza Mey olayla əlaqədar 23 rus diplomatın deportasiya edildiyini elan edib. Mey əlavə edib ki, diplomatlara Britaniyanı tərk etmələri üçün bir həftə vaxt verilib.

Diplomatların deportasiyası zəhərlənmə olayının arxasında Rusiyanın dayandığını iddia edən Böyük Britaniyanın bu ölkəyə cavab addımı olub. Belə ki, martın 12-də Tereza Mey Rusiyanı Skripal və qızının zəhərlənməsində əlaqəsi olmaqda ittiham etmişdi.

Rusiya XİN rəhbəri Sergey Lavrov isə bəyan etmişdi ki, Moskvanın olayla heç bir əlaqəsi yoxdur.

Bununla yanaşı, Reuters agentliyi yazır ki, hazırda Rusiya səfiri Britaniya XİN-nə çağırılıb. Böyük Britaniya BMT TŞ-ni Skripalın zəhərlənməsi olayı ilə bağlı təcili toplanmağa çağırıb.

Qeyd edək ki, Skripal 2004-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib və dövlətə xəyanətdə ittiham edilərək haqqında 13 il həbs qərarı çıxarılıb, bütün rütbə və mükafatları əlindən alınıb.  2010-cu ildə isə ABŞ tutduğu 10 rus cəsusu ilə dəyişdirilib. Elə həmin ildən Böyük Britaniyada sadə həyat sürüb. Zəhərlənən ata ilə qızın vəziyyəti isə hazırda ağır olraq qalır.

***

Böyük Britaniya ölkənin xüsusi xidmət orqanında çalışmış Skripal və qızının zəhərlənməsi ilə bağlı Rusiya ilə ikitərəfli əlaqələri dayandırdığını elan edib. Qafqazinfo

BIR CAVAB BURAXIN