Başbuğdan şok: “ABŞ Öcalanı bizə verdi, PKK-nı aldı”

0
810
??????????????????????????????????????????????????????????

1999-cu ildə ABŞ Abdullah Öcalanı Türkiyəyə verməklə PKK-ya nəzarəti Suriyadan öz əlinə aldı.

Bunu “Hürriyet” qəzetinə açıqlamasında Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ deyib.

“Bunu ilk dəfə deyəcəyəm. ABŞ 1999-cu ildə Abdullah Öcalanı niyə Türkiyəyə verdi? O zamankı Baş nazir Bülənt Əcəvitin açıqlamasını xatırlayın. O, “niyə bunu bizə verdiklərini anlaya bilmədim” demişdi. Mən öz fikrimi sizə söyləyəcəm. Öcalan 1979-cu ildə Suriyaya gedir. Suriyada özünə kürd qruplaşması qurur. Dəməşqdə yaşayanda Öcalan kimin nəzarəti altında idi? Əsəd rejiminin, daha açıq desək, Mühabəratın (Suriya kəşfiyyatı – red.). Təbii ki, buna Rusiyanın da təsiri olub. Onu Suriyadan çıxardıb Türkiyəyə təslim etdilər. Nəticədə terror təşkilatı Suriyanın nəzarətindən çıxdı və Amerikanın nəzarətinə girdi.

ABŞ PKK-ya nəzarəti Qəndil vasitəsilə həyata keçirir. Öcalanın təşkilata təsiri hələ də həbsdən davam edir, amma artıq Suriya faktoru yoxdur. ABŞ-ın Öcalanı Türkiyəyə verməyin əsas səbəbi məhz təşkilata nəzarət idi. Təbii ki, 1999-cu ildən sonra ABŞ-ın PKK probleminin həllinə böyük önəm verdiyini görürük. Bu da Öcalanın Türkiyəyə verilməsinin ikinci səbəbidir. Abdullah Öcalanı həbsxanaya yerləşdirməklə PKK problemini həll etmək mümkün deyil”, – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ-ın hazırda Suriyada əsas niyyəti İranı zəiflətməkdir:

“ABŞ-ın hazırda Suriyada olmasının əsas səbəbi İŞİD yox, İranın təsirini zəiflətməkdir. Burada da vasitə olaraq YPG-ni istifadə edirlər. ABŞ-da olduğum müddətdə belə qənaətə gəldim ki, Rusiya Suriyadakı proseslərə strategiya kimi yanaşır, amma ABŞ bunu etmir. Amerikada hərbi və siyasi qanad arasında koordinasiya yoxdur”.

O, Türkiyənin NATO-dan çıxmaq məsələsinin dövlətin gündəmində olmadığını bildirib:

“Türkiyənin NATO-dan çıxmasını düşünməsi heç bir zaman doğru addım olmaz. Bizim bu alyansda olmağımız həyati baxımdan önəmlidir. Türkiyə raketdən müdafiə sistemlərini, Amerika daxil olmaqla, Qərbdən tədarük etməyə çalışdı, amma nəticə əldə etmədi. Ona görə də başqa qaynaqdan ehtiyaclarımızı qarşılamaq bizim təbii haqqımızdır”.Axar/az

BIR CAVAB BURAXIN