Formula 1  yarışlarının tarix yazan çempionları

0
692


“Oxu məni” qəzeti bu ilin aprel ayının 27-29-da Bakıda keçiriləcək növbəti Formula 1 yarışları ərəfəsində bu möhtəşəm turnirin qalibləri haqqında silsilə yazılarını davam etdirir.

Formula 1-in  Böyük Britaniyadan olan çempionu

Böyük Britaniya belə demək mümkünsə Formula 1 yarışlarında digər dövlətlərlə müqayisədə  çempion titulunu nisbətən gec qazanan ölkələrdən  hesab edilir. Çempion titulunu isə Böyük Britaniyaya 1929-cu ildə anadan olan Con Maykl -“Mayik”ləqəbli Hotorn qazandırdı.

Onun Formula 1 yarışlarında iştirakı ötən əsrin 50-ci illərinə təsadüf etdi. Olduqca istedadlı pilot hesab edilən Con Maykl Hotorn 1951-ci ildə Formula 1 üzrə dairəvi yarışlarda iştirak etdi və qalib gəldi. O  Formula 1 üzrə dünyaşempionatında isə 1952-ci ildə debüt etdi. Hotorn ilk dəfə çempionatda iştirak etməsinə baxmayaraq yarışları fəxri 4-cü yerdə başa vurdu. Sonrakıillərdə o yenidən Formula 1 yarışlarında 3-cü yeri tutdu. Ancaq bundan  sonrakı çempionatlarda bəxt Hotorndan üz döndərdi və o liderlər sırasına düşə bilmədi. 1957-ci ildə Hotorn yenidən Formula 1 yarışlarında 4-cü yeri tutaraq hələ mübarizəni davam etdirməyə qadir olduğunu nümayiş etdirdi. Nəhayət Hotorn 1958-ci ildə Mərakeşdə keçirilən Formula 1 yarışlarında  49 mümkün xaldan 42-ni qazanaraq çempion oldu. Bununla da o,  Böyük Britaniyanın tarixinə Formula 1 yarışları üzrə ilk pilot çempion kimi düşdü. Onu ölkəsində böyük təntənə ilə qarşıladılar. Amma bu, Con  Maykl Hotornun həyatında sonuncu çempionluq titulu kimi qaldı. Belə ki,  1959-cu il yanvar ayının 22-də yağışlı gündə  yarışda olduqca yüksək sürətləhərəkət edərkən Hotorn  idarəetməni itirərək həlak oldu. Beləliklə Formula 1 yarışlarının ən istedadlı gənc çempionu əbədiyyətə qovuşdu. Bununla belə üstündən illər ötməsinə baxmayaraq Con Maykl Hotorn bu gündəFormula 1 yarışlarının ən istedadlı pilotu kimi xatırlanmaqdadır.

 

Avstraliyadan olan 3 qat Formula 1 çempionu

Formula 1 yarışlarında  3 dəfə çempion titulunu qazanapilotlardan biri də əslən uzaq Avstraliyadan olan Con Artur-“Cek”ləqəbli Brebemdır. 1926-ci il aprel ayının 2-də Avstraliyanın Yeni Cənubi Uels ştatında, Sidneydən 15 kilometr məsafədəyerləşən Hartsvill şəhərində anadan olan Brebem  uşaq yaşlarından avtomobil  yarışlarına böyük həvəs göstərir və yerli turnirlərdə həvəslə iştirak edirdi. Bu  da sonda onun Formula 1 yarışlarında iştirak etməsinə gətirib çıxardı. Bərİ başdan deyək ki, Conun qardaşları Qeri və Devid də onun yolu ilə gedərək tanınmış avtopilotlar oldular. 15 yaşında ikən avtomobil təmiri sexində işə düzələn Cek qısa müddətdə maşın təmiri üzrə mahir usta kimi ad-san qazandı. O hələ müharibədənəvvəl  avtomobil yarışları üzrə dünya çempionatında iştirak etmək istəyirdi. Lakin müharibənin başlaması onun bu arzusunu gözündə qoydu. II Dünya müharibəsi zamanı hərbi xidmətə çağrılan Brebem hava hücumu qüvvələrində xidmət etdi.  Müharibədən qayıdandan sonra Brebem avtomobil təmiri üzrə kiçik bir sex açdı. Həmin dövrdə o yenidən Yeni Cənubi Uels ştatının avtoralli üzrə çempionatında iştirak etdi və  çempion titulunu qazandı. 1955-ci ildə Brebem öz həyatında ilk dəfəFormula 1  üzrə Böyük Britaniyada keçirilən yarışlarda iştirak etdi. Bundan 4 il sonra, 1959-cu ildə isə o Formula 1 yarışlarında çempion titulunu qazandı. Ertəsi il Brebem yenidən ikinci dəfə Formula 1 yarışlarında qələbəni bayram etdi. Amma sonrakı illərdə Brebem Formula 1 yarışlarında uğursuzluğa dükar oldu. Yalnız 1966-ci ildə Brebem 3–cü dəfə Formula 1 yarışlarında yenidən çempion titulunu qazandı. Bundan sonra o bir daha Formula 1 yarışlarında uğur əldə edə bilmədi. Formula 1 yarışları üzrə Avstraliyanın 3 qat çempionu 2014-cü il may ayının 19-da 88 yaşında dünyasını dəyişdi.

Formula1 yarışlarının  qalibi amerikalı kiçik Filip Toll Hill

Filip Toll Hill Formula 1 yarışlarında Amerikaya çempionluq sevinci yaşadan ilk amerikalıdır.1927-ci il aprel ayının 20-də anadan olan kiçik Filip Toll Hill hələ uşaq yaşlarından avtomobil idmanına həvəs göstərməyə başlamışdı. Amerika çempionatlarında iştirak edən kiçik Filip Toll Hill sonra Avropaya gələrək “Yaquar” və “Ferrari” avtomobillərində özünü sınamağa başladı. 1961-ci ildə keçirilən Formula 1 yarışlarında  kiçik Filip Toll Hill qələbələri bir-birinin ardınca siralamağa başladı. Öz komanda yoldaşı Volfqanq fon Trips ilə  ilə çempion titulu uğrunda mübarizə aparan amerikalı finişə az qalmış rəqibinə uduzmaqda idi. Lakin son anda Volfqanq fon Tripsin qəza nəticəsində həlak olması kiçik Filip Toll Hillin Formula 1 çempionu olmasına gətirib çıxardı. Amerika tarixində  Formula 1 yarışlarında ilk çempion titulunu qazanan kiçik Filipp Toll Hill sonrakı illərdə eyni uğuru davam etdirə bilmədi. Nəticədə kiçik Filip Toll Hill Formula 1 yarışlarında  çıxışını dayandırmağa məcbur oldu. Kiçk Filipp Toll  Hill 81 yaşında dünyasınıdəyişdi.  Onu da deyək ki, kiçik Filipp Toll Hillin oğlu Derek də atasının yolu iləgedərək Formula 1 yarışlarında iştirak etsə də hər hansı bir uğur əldə edə bilmədi.

 

Iki qat Formula1 çempionu Norman Qrem Hill

İki qat Formula1 yarışları qalibi Norman Qrem Hill 1929-cu il fevral ayının 15-də İngiltərədə anadan olub. O, İngiltərədə Formula 1 yarışlarının qalibi kimi özündən sonra xoş xatirələr qoyub. Gənc yaşlarından avtoidman yarışlarına böyük həvəs göstərən Norman Qrem Hill İngiltərə çempionatlarında dəfələrlə qalib adını qazandı. Bu da ona Formula 1 yarışları üzrə çempionatda iştirak etmək hüququ verdi.  Lakin Hillin ilk cəhdləri uğursuz oldu və o, ortabablar  sırasında qərarlaşdı. Lakin özünə münasibətdə olduqca tələbkar olan  Norman Qrem Hill 1962-ci ildə keçirilən Formula 1 yarışlarında istedadlı avtopilot olduğunu sübut edə və çempion titulunu qazana bildi. Amma sonrakı illərdə Norman Qrem Hill uğurlarının davamını gətirə bilmədi. Bununla belə ruhdan düşməyən Hill nəhayət ki, 1968-ci ildə ikinci dəfə Formula 1 yarışlarında çempion titulunu yenidən qazana bildi. O eyni zamanda  Hindistanda, 24 saat Le Mann və Qran- pri Monako nüfuzlu avtoralli yarışlarında qələbə qazanan yeganə avtopilotdur. 1975-ci ildə Norman Qrem Hill avtomobil qəzası nəticəsində dünyasını dəyişdi. Amma onun oğlu Deymon atasının yolunu davam etdirərək Formula 1 yarışlarında çempion titulunu qazandı. Emin Axundov

 

 

BIR CAVAB BURAXIN