Türkiyənin iki yüksək səviyyəli rəsmi dövlət nümayəndəsi Bakıya gələcək

0
658

Türkiyənin Baş naziri Binəli Yıldırım və Xarici İşlər naziri Mövlud Çavuşoğlunun gələn ayın ortalarında Azərbaycana səfəri planlaşdırılır.

Bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, B.Yıldırım və M.Çavuşoğlunun martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcəyi gözlənilir.

Türkiyəli qonaqların Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcəyi də nəzərdə tutulur.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda Albaniya Prezidenti Ilir Meta, Monteneqro Prezidenti Filip Vuyanoviç, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və digər dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

BIR CAVAB BURAXIN